Icma.az
close
up
RU
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur KONKRET

Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri səngimir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir. Başda prezident Emmanuel Makron olmaqla, erməni lobbisindən yararlanan şəxslər xalqlar arasında münasibətlərə xələl gətirməyə çalışır. Halbuki, fransız və Azərbaycan xalqını tarixi, mədəni əlaqələr birləşdirir. Rəsmi Paris münasibətlərin inkişafına mane olmaq istəsə də, bu səylər nəticəsiz qalır.

Makron komandasının tapşırıqlarını sözsüz yerinə yetirən Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ilin sentyabr ayının 4-də Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara Azərbaycana səyahət xəbərdarlığı etmişdi. Nazirlik bunu “əsassız həbs və ədalətsiz mühakimə riski” ilə əsaslandırmağa çalışmışdı. Lakin rəqəmlər göstərir ki, fransızlar rəsmi Parisin bu xəbərdarlığını ciddiyə almırlar. Fransızlar sadəcə bununla hakimiyyətlərinin bədnam siyasətləri ilə barışmaq istəmirlər.

KONKRET.az xəbər verir ki, “Report”un ASAN Xidmətdən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana viza alan Fransa vətəndaşlarının sayı artıb. Belə ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında onların 1003 nəfər (sentyabrda 536, oktyabrda 467) olduğu halda, bu ilin eyni aylarında 1167 nəfər (sentyabrda 562, oktyabrda 605 nəfər) Fransa vətəndaşı viza alıb. Burada Yelisey sarayının yürütdüyü siyasətin iflas olduğu üzə çıxır.

Eləcə də, “Report”un Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, sentyabr ayında ölkəyə faktiki daxil olan Fransa vətəndaşlarının sayı ötən illə müqayisədə 264 nəfər çoxdur. Yalnız oktyabr ayında cüzi azalma (24 nəfər) qeydə alınıb.

Ümumiyyətlə isə 2022-ci ildən bəri viza alanların sayında artım müşahidə edilməkdədir. 2024-cü ilin 10 aylıq dövrü ilə müqayisədə rəqəmlər belədir: 2022-ci illə müqayisədə 24% (2304 nəfər) artım, 2023-cü illə müqayisədə isə 15% (1540 nəfər) artım qeydə alınıb.

Bu rəqəmlər belə deməyə əsas verir ki, Makronun öz vətəndaşlarının Azərbaycana səfərlərinə mane olmaq cəhdləri nəticə vermir. Aldığımız məlumata görə, Formula-1 yarışı və digər tədbirlər zamanı da Fransadan gələn turistlərin sayı kifayət qədər yüksək olub, qarşıdan gələn COP29-da da Fransa vətəndaşları, jurnalistlər və QHT üzvləri yaxından iştirak edəcəklər.

Bütün qeyd olunan faktlar göstərir ki, iki xalq arasında heç bir problem yoxdur və ola da bilməz. Problem Makron diktaturası və Fransanın xarici siyasət idarəsindəki bəzi şəxslərdən qaynaqlanır. Nə Makron, nə də onun komanda üzvləri nə qədər istəsələr də, qarşıya qoyduqları hədəfə çatmayacaqlar. Xalqlar arasında nifaq salmaq siyasəti iflas olacaq və Azərbaycan və Fransa xalqları arasında dostluq, hərtərəfli münasibətlər davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri