Icma.az
close
up
RU
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl QOYMUR

Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl QOYMUR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri səngimir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir. Başda prezident Emmanuel Makron olmaqla, erməni lobbisindən yararlanan şəxslər xalqlar arasında münasibətlərə xələl gətirməyə çalışır. Halbuki, fransız və Azərbaycan xalqını tarixi, mədəni əlaqələr birləşdirir. Rəsmi Paris münasibətlərin inkişafına mane olmaq istəsə də, bu səylər nəticəsiz qalır.

Makron komandasının tapşırıqlarını sözsüz yerinə yetirən Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ilin sentyabr ayının 4-də Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara Azərbaycana səyahət xəbərdarlığı etmişdi. Nazirlik bunu “əsassız həbs və ədalətsiz mühakimə riski” ilə əsaslandırmağa çalışmışdı. Lakin rəqəmlər göstərir ki, fransızlar rəsmi Parisin bu xəbərdarlığını ciddiyə almırlar. Fransızlar sadəcə bununla hakimiyyətlərinin bədnam siyasətləri ilə barışmaq istəmirlər.

Redaktor.az xəbər verir ki, report.az-ın  ASAN Xidmətdən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana viza alan Fransa vətəndaşlarının sayı artıb. Belə ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında onların 1003 nəfər (sentyabrda 536, oktyabrda 467) olduğu halda, bu ilin eyni aylarında 1167 nəfər (sentyabrda 562, oktyabrda 605 nəfər) Fransa vətəndaşı viza alıb. Burada Yelisey sarayının yürütdüyü siyasətin iflas olduğu üzə çıxır.

Eləcə də, “Report”un Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, sentyabr ayında ölkəyə faktiki daxil olan Fransa vətəndaşlarının sayı ötən illə müqayisədə 264 nəfər çoxdur. Yalnız oktyabr ayında cüzi azalma (24 nəfər) qeydə alınıb.

Ümumiyyətlə isə 2022-ci ildən bəri viza alanların sayında artım müşahidə edilməkdədir. 2024-cü ilin 10 aylıq dövrü ilə müqayisədə rəqəmlər belədir: 2022-ci illə müqayisədə 24% (2304 nəfər) artım, 2023-cü illə müqayisədə isə 15% (1540 nəfər) artım qeydə alınıb.

Bu rəqəmlər belə deməyə əsas verir ki, Makronun öz vətəndaşlarının Azərbaycana səfərlərinə mane olmaq cəhdləri nəticə vermir. Aldığımız məlumata görə, Formula-1 yarışı və digər tədbirlər zamanı da Fransadan gələn turistlərin sayı kifayət qədər yüksək olub, qarşıdan gələn COP29-da da Fransa vətəndaşları, jurnalistlər və QHT üzvləri yaxından iştirak edəcəklər.

Bütün qeyd olunan faktlar göstərir ki, iki xalq arasında heç bir problem yoxdur və ola da bilməz. Problem Makron diktaturası və Fransanın xarici siyasət idarəsindəki bəzi şəxslərdən qaynaqlanır. Nə Makron, nə də onun komanda üzvləri nə qədər istəsələr də, qarşıya qoyduqları hədəfə çatmayacaqlar. Xalqlar arasında nifaq salmaq siyasəti iflas olacaq və Azərbaycan və Fransa xalqları arasında dostluq, hərtərəfli münasibətlər davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri