Icma.az
close
up
RU
Fransızlar Makronun Azərbaycanla bağlı xəbərdarlığına məhəl qoymurlar

Fransızlar Makronun Azərbaycanla bağlı xəbərdarlığına məhəl qoymurlar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri səngimir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir. Başda Prezident Emmanuel Makron olmaqla, erməni lobbisindən yararlanan şəxslər xalqlar arasında münasibətlərə xələl gətirməyə çalışır. Halbuki fransız və Azərbaycan xalqını tarixi, mədəni əlaqələr birləşdirir. Rəsmi Paris münasibətlərin inkişafına mane olmaq istəsə də, bu səylər nəticəsiz qalır.

Makron komandasının tapşırıqlarını sözsüz yerinə yetirən Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ilin sentyabr ayının 4-də Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara Azərbaycana səyahət xəbərdarlığı etmişdi. Nazirlik bunu "əsassız həbs və ədalətsiz mühakimə riski" ilə əsaslandırmağa çalışmışdı. Lakin rəqəmlər göstərir ki, fransızlar rəsmi Parisin bu xəbərdarlığını ciddiyə almırlar. Fransızlar sadəcə bununla hakimiyyətlərinin bədnam siyasətləri ilə barışmaq istəmirlər.

"Report"un ASAN Xidmətdən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana viza alan Fransa vətəndaşlarının sayı artıb. Belə ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında onların 1003 nəfər (sentyabrda 536, oktyabrda 467) olduğu halda, bu ilin eyni aylarında 1167 nəfər (sentyabrda 562, oktyabrda 605 nəfər) Fransa vətəndaşı viza alıb. Bu da Yelisey sarayının yürütdüyü siyasətin iflas olduğu üzə çıxır.

Eləcə də, "Report"un Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, sentyabr ayında ölkəyə faktiki daxil olan Fransa vətəndaşlarının sayı ötən illə müqayisədə 264 nəfər çoxdur. Yalnız oktyabr ayında cüzi azalma (24 nəfər) qeydə alınıb.

Ümumiyyətlə isə 2022-ci ildən bəri viza alanların sayında artım müşahidə edilməkdədir. 2024-cü ilin 10 aylıq dövrü ilə müqayisədə rəqəmlər belədir: 2022-ci illə müqayisədə 24% (2304 nəfər) artım, 2023-cü illə müqayisədə isə 15% (1540 nəfər) artım qeydə alınıb.

Bu rəqəmlər belə deməyə əsas verir ki, Makronun öz vətəndaşlarının Azərbaycana səfərlərinə mane olmaq cəhdləri nəticə vermir. Aldığımız məlumata görə, Formula-1 yarışı və digər tədbirlər zamanı da Fransadan gələn turistlərin sayı kifayət qədər yüksək olub, qarşıdan gələn COP29-da da Fransa vətəndaşları, jurnalistlər və QHT üzvləri yaxından iştirak edəcəklər.

Bütün qeyd olunan faktlar göstərir ki, iki xalq arasında heç bir problem yoxdur və ola da bilməz. Problem Makron diktaturası və Fransanın xarici siyasət idarəsindəki bəzi şəxslərdən qaynaqlanır. Nə Makron, nə də onun komanda üzvləri nə qədər istəsələr də, qarşıya qoyduqları hədəfə çatacaqlar. Xalqlar arasında nifaq salmaq siyasəti iflas olacaq və Azərbaycan və Fransa xalqları arasında dostluq, hərtərəfli münasibətlər davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri