Icma.az
close
up
RU
Fransada 90dək xəstəxana qrip epidemiyası ilə mübarizə aparmaq üçün “ağ plan”ı aktivləşdirib AZƏRTAC

Fransada 90dək xəstəxana qrip epidemiyası ilə mübarizə aparmaq üçün “ağ plan”ı aktivləşdirib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris, 10 yanvar, AZƏRTAC

Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, 90-a yaxın müəssisə fövqəladə vəziyyət zamanı planlaşdırılan “ağ plan”ı (plan blanc) işə salıb. Epidemiya artıq ötənilki pik həddini keçib.

AZƏRTAC xəbər verir ki, ölkədə qripə görə xəstəxanaya yerləşdirmələr bütün yaş qruplarında müstəsna dərəcədə yüksək intensivlik səviyyəsindədir. Fransa İctimai Səhiyyəsi (SPF) tərəfindən nəşr olunan kəskin respirator infeksiyalar haqqında bülleten həyəcan təbili çalır. Bronxiolit epidemiyasının azaldığı və COVİD-19 göstəricilərinin 2024-cü ilin qışının başlanğıcından bəri aşağı və sabit səviyyədə olduğu halda, qrip xəstələrin xəstəxanalara axını son dərəcə artıb.

Səhiyyə Nazirliyi həmçinin qeyd edir ki, xəstələrin sayının artmasına görə 87 xəstəxana xüsusi fövqəladə planı (“ağ plan”) işə salıb. Bildirilir ki, yanvarın ilk həftəsində 7894 ölüm hadisəsinin 6%-i qripdən qaynaqlanıb. Bu rəqəm son iki mövsümdə müşahidə edilən hallardan yüksəkdir.

Dövlət orqanları bəzi səhiyyə işçiləri kimi, peyvəndin faydası ilə bağlı mübahisələri yenidən alovlandıraraq peyvənd etməyi məsləhət görürlər. SPF-nin hesabatına görə, yanvarın əvvəlində reanimasiyada olan insanların 79%-i qripə qarşı peyvənd olunmayıb. Risk altında olanlar kateqoriyasına 65 yaşdan yuxarı insanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, hamilə qadınlar daxildir. Qeyd edilir ki, mövsümün əvvəlindən bəri xəstəxanada reanimasiyaya yerləşdirilən 300-ə yaxın xəstənin 80%-dən çoxu peyvənd olunmayıb. Bununla belə, həkimlər peyvəndin risk sığortası olmadığını vurğulayırlar. Bəzi həkimlər qeyd edirlər ki, bir çox xəstələr yer çatışmazlığı səbəbindən xərəyə götürülür.

Xatırladaq ki, ötən ilin hesabatına görə, 2023-cü ildə 4900 xəstəxana çarpayısı ləğv edilib. Xəstəxanalarda çarpayıların ləğvi prosesi davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri