Fransada anomal istilər elektrik enerjisini kəskin bahalaşdırıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris, 20 avqust, AZƏRTAC
Fransada davam edən anomal isti hava dalğası elektrik enerjisinin qiymətini son bir il yarımın ən yüksək səviyyəsinə yüksəldib.
AZƏRTAC xəbər verir ki, kondisionerlərdən istifadənin artması tələbatı kəskin yüksəldib, "EPEX Spot" birjasında elektrik enerjisinin meqavat-saatı 177 avronu keçib. Temperaturun yüksəlməsi külək və su elektrik stansiyalarında istehsalı azaldıb.
Ən böyük mənfi təsir isə nüvə enerjisi sektorunda qeydə alınıb. Çay sularının qızması reaktorların soyudulmasını çətinləşdirdiyindən, "Fransa Elektrik" (EDF) şirkətinin nüvə parkının 20 faizdən çoxu istifadədən kənarda qalıb. EDF istilik dalğalarının risklərini neytrallaşdırmaq üçün növbəti 15 ildə 8,7 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Avqust 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















