Fransada Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paris, 19 mart, AZƏRTAC
Fransanın “Qərb biznes liderləri və rəhbərləri klubu”nun üzvləri Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, görüş Nant şəhəri və ətraf bölgələrdən 23 böyük qrupun, eləcə də kiçik və orta şirkətlərin rəhbərlərinin istəyi ilə təşkil olunub. Şirkət rəhbərləri, əsasən, Azərbaycanın iqtisadiyyatı, investisiya mühiti və ölkə ilə əməkdaşlıq imkanları barədə məlumat əldə etmək istəyiblər.
Görüşün əsas mövzusu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın biznes mühiti ilə tanışlıq olub. İxrac ticarətinə xüsusi maraq göstərən fransız iş adamları, Azərbaycanda iqtisadi əməkdaşlıq və investisiya imkanları ilə bağlı geniş məlumat alıblar. Görüş iştirakçıları, müxtəlif sahələri təmsil edən şirkətlərin rəhbərləri olaraq, kommunikasiya, ali təhsil, sənaye, mühəndislik, daşınmaz əmlak, tibb və informasiya texnologiyaları kimi sektorlarda əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Səfir Leyla Abdullayeva görüşdə Azərbaycan haqqında ətraflı məlumat verərək, ölkəmizin regional rolu və iqtisadi inkişafı haqqında geniş məlumat təqdim edib. Abdullayeva, həmçinin Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişafı və fransız şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə də açıqlamalar verib. Səfir, Azərbaycanın xarici investisiyalara açıq olduğunu və xüsusən nəqliyyat, enerji və bağlılıq sahələrində bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Mart 2026 04:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















