Icma.az
close
up
RU
Fransada fermerlərin etirazlarını eşidən yoxdur

Fransada fermerlərin etirazlarını eşidən yoxdur

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan dövləti isə aqrar sahənin inkişafını fəal dəstəkləyir

Bəlkə də Fransadakı kimi qarma-qarışıq gündəmə heç bir Avropa ölkəsində rast gəlmək mümkün deyil. Gah hökumətə qarşı narazılıqlar, gah cəmiyyətin müxtəlif təbəqələri arasında ziddiyyətlər, gah da siyasi elitanın daxilində hökm sürən qarşıdurmalar Parisi bir növ “xaos girdabı”na sürükləyir. Bu dəfə isə uğursuz aqrar siyasətinə qarşı fermerlər etirazlar təşkil edirlər. Əslində, narazılıqlar təsadüfən bu qədər böyüməyib. Sadəcə, ölkənin kənd təsərrüfatı sektorunda uzun müddətdir yığılan struktur problemləri açıq siyasi fazaya keçib.

Son aylarda Fransada heyvan xəstəlikləri ilə bağlı tətbiq edilən kütləvi kəsim siyasəti minlərlə fermeri küçələrə çıxarıb. Paris hökuməti və Avropa İttifaqı bu qərarları sanitariya təhlükəsizliyi və ictimai sağlamlıq arqumentləri ilə əsaslandırmağa çalışsa da, kəndlilərə bu izahlar inandırıcı gəlmir. Çünki fermerlər üçün bu məsələ həyat tərzinin, ailə təsərrüfatlarının və gələcək perspektivin sistemli şəkildə sıradan çıxarılması anlamına gəlir. Ümumiyyətlə, vurğulanmalıdır ki, Fransada kənd təsərrüfatına heç vaxt yalnız iqtisadi sahə kimi baxmayıblar. Bu sektor respublika ideyasının sosial dayaqlarından biri, dövlətlə cəmiyyət arasında səssiz razılaşmanın əsas sütunu kimi formalaşıb. Məhz buna görə fermer etirazları burada adi sosial narazılıq kimi qəbul edilmir. Yəni nə zaman ki, kənd ayağa qalxıb, bu, həmişə mərkəz üçün siyasi xəbərdarlıq olub. Bugünkü etirazların mahiyyəti isə daha dərindir. Fermerlər açıq şəkildə bildirirlər ki, qərarlar onların iştirakı olmadan qəbul olunur, heç kim üzərinə məsuliyyət götürmək istəmir. Parisdə və Brüsseldə formalaşan aqrar siyasət yerlərdəki reallığı nəzərə almadan, texnokratik dillə tətbiq edilir. Nəticədə kağız üzərində rasional görünən qərarlar real həyatda sosial travmaya çevrilir.

Heyvanların kütləvi şəkildə məhv edilməsi fermerlər üçün maddi zərərdən əlavə, illərlə qurulan təsərrüfat modelinin dağılması, ailə işinin məhv olması, kəndlinin həyatının mənəvi əsaslarının sarsılması anlamına gəlir. Dövlət isə prosesi statistik göstəricilərlə izah etməyə çalışır. Elə əsas qırılma da burada baş verir. Daha dəqiq desək, texnokratik baxış insan amilini nəzərə almır. Yeri gəlmişkən, Avropa İttifaqının ortaq aqrar siyasəti bu böhranın struktur mənbələrindən biridir. Bir zamanlar kəndi qorumaq, ərzaq təhlükəsizliyini təmin etmək üçün yaradılmış mexanizmlər bu gün daha çox normativ nəzarət alətinə çevrilib. “Yaşıl keçid”, ekoloji standartlar və biosanitariya qaydaları ideya olaraq mübahisəsizdir. Lakin həmin ideyaların tətbiqi sosial reallıqlardan qopduqda müqavimət yaradır.

Fransız fermerlərinin Brüsselə yönələn sərt ritorikası da təsadüfi deyil. Kənd üçün Avropa artıq həmrəylik mərkəzinin əksinə şəhərli elitanın dəyərlərini diktə edən uzaq güc kimi görünür. Bu isə Avropa layihəsinin sosial legitimliyinə ciddi zərbədir. Çünki inteqrasiya kənddən qopduqca, siyasi dayanıqlılığını da itirir. Paris hökumətinin mövqeyi isə ziddiyyətli təsir bağışlayır. Rəsmi açıqlamalarda dialoqdan, dəstək paketlərindən və kompromisdən danışılır. Amma praktikada qəbul edilən qərarlar bu ritorika ilə üst-üstə düşmür. Etirazlar, eyni zamanda, Fransada şəhər–kənd qarşıdurmasını yenidən gündəmə gətirir. Ekoloji siyasət hər nə qədər şəhər üçün etik seçim olsa da, kənd üçün bu yaşamaq və ya yox olmaq dilemmasıdır. Dövlət sözügedən iki “dünya”nı uzlaşdırmaq əvəzinə, birinin prioritetlərini digərinə zorla qəbul etdirməyə çalışır. Bu isə sosial parçalanmanı daha da dərinləşdirir. Mövcud vəziyyət Fransa üçün daha geniş bir sualı gündəmə gətirir ki, mərkəzləşmiş qərar qəbuletmə modeli regional və sektora spesifik böhranlar üçün hələ də adekvatdırmı? Prefektura (inzibati idarəetmə orqanı və ya inzibati bölgü vahidi) səviyyəsində icra edilən, lakin Parisdə və qismən Brüsseldə formalaşdırılan qərarlar yerli reallıqlarla üz-üzə gələndə siyasi məsuliyyətin kimə aid olduğu da qeyri-müəyyənləşir. Bu qeyri-müəyyənlik isə etimadı zəiflədir və böhranı uzadır.

Fransadakı mənzərəni daha aydın anlamaq üçün onu fərqli idarəetmə modeli ilə müqayisə etmək daha faydalıdır. Məhz bu nöqtədə Azərbaycan nümunəsi diqqət çəkir. Çünki ölkəmizdə kənd təsərrüfatı son illər strateji inkişaf istiqaməti və sosial sabitlik aləti kimi inkişaf edir. Azərbaycan modelinin əsas fərqi ondan ibarətdir ki, aqrar siyasətin tətbiqi prosesində regional xüsusiyyətlər və istehsalçının real imkanları nəzərə alınır. Bu yanaşma Fransa ilə əsas institusional fərqi yaradır. Orada fermer çox vaxt normativlərin passiv icraçısına çevrilirsə, Azərbaycanda istehsalçı dövlət siyasətinin aktiv tərəfdaşı kimi çıxış edir. Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafı məqsədli dövlət proqramları, subsidiya mexanizmləri, güzəştli kreditlər və texniki dəstək üzərində qurulub. Aqrar sahədə dövlətin əsas strategiyası istehsalı qorumaqla yanaşı, fermerin risk yükünü azaltmaqdır. Xüsusilə heyvandarlıq və bitkiçilik sahələrində risklərin bölüşdürülməsi prinsipi tətbiq olunur. Bu isə böhran anlarında sosial narazılığın kəskinləşməsinin qarşısını alır.

Bundan öncə qeyd etdik ki, Fransada heyvan xəstəlikləri fonunda tətbiq edilən kütləvi kəsim siyasəti fermer üçün kollektiv məsuliyyət modeli yaradır. Azərbaycanda isə oxşar risklər zamanı daha çox diferensial yanaşma üstünlük təşkil edir. Profilaktik tədbirlər, lokal karantin, mərhələli müdaxilə və təsərrüfatın tam sıradan çıxarılmamasına yönəlik mexanizmlər prioritet sayılır. Bu yanaşma fermer üçün dövlətin qoruyucu rolunu gücləndirir. Azərbaycan aqrar siyasətinin mühüm xüsusiyyətlərindən biri də kommunikasiya modelidir. Fermerlə dövlət arasında əlaqə təkcə inzibati göstərişlərlə məhdudlaşmır. Aqrar xidmətlər, sahə mütəxəssisləri və regional strukturlar vasitəsilə qərarların izahı, risklərin öncədən bildirilməsi və fermerin prosesə psixoloji hazırlanması təmin olunur. Fransada etirazların dərinləşməsinin səbəblərindən biri məhz bu kommunikasiya boşluğudur. Nəticə olaraq, Fransa ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatının inkişafı yalnız, bir növ, idarəetmə uğuru kimi dəyərləndirilə bilər. Aqrar sektorun sosial və strateji əhəmiyyətinin düzgün qiymətləndirilməsi kəndlə dövlət arasında etimadı gücləndirir. Bu isə aqrar siyasəti potensial böhran mənbəyindən sabitlik faktoruna çevirir.

Züriyyə QARAYEVA,
politoloq

Fransada baş verən fermer etirazları Avropa İttifaqının kənd təsərrüfatı siyasətində uzun müddət davam edən problemlərini açıq şəkildə üzə çıxarır. Heyvan xəstəlikləri ilə mübarizə adı altında həyata keçirilən kütləvi kəsim qərarları, kompensasiyaların yetərsizliyi və ekoloji tələblərin sərtləşdirilməsi fermerlər üçün həm iqtisadi, həm də sosial təhlükəsizlik böhranı yaradıb. Fransa hökumətinin prosesdə Aİ qaydalarına istinad etməsi isə məsuliyyətin Brüsselə ötürülməsi kimi qəbul olunur və bu da mərkəzi hakimiyyətin legitimliyinə birbaşa zərbə vurur. Nəticədə fermerlər qərarvermə prosesindən kənarda qalmalarına etirazlarını bidirirlər ki, bu da Fransada sosial narazılığın dərinləşdiyini göstərir.

Azərbaycanla müqayisədə isə tam fərqli yanaşma müşahidə olunur. Azərbaycanda kənd təsərrüfatı və heyvandarlıq sahəsində risklərin idarə olunması daha çox preventiv tədbirlər üzərindən qurulub. Xəstəliklərə qarşı mübarizədə fermerlərlə əməkdaşlıq modeli tətbiq edilir və kompensasiya, subsidiya, sığorta, logistika dəstəyi kimi alətlər ön planda tutulur. Bu yanaşma sosial gərginliyin yaranmasının qarşısını alır. Məhz bu fərq göstərir ki, kənd təsərrüfatı siyasətində texniki qərarların sosial nəticələri nəzərə alınmadıqda, Avropada olduğu kimi, böhran qaçılmaz olur, sosial balans qorunduqda isə Azərbaycandakı kimi sabitlik və inkişaf mümkünləşir. Eyni zamanda, ölkəmizin nümunəsində diqqətçəkən məqam aqrar modernləşmə ilə sosial tarazlığın paralel aparılmasıdır. Texnoloji yeniliklər, rəqəmsal kənd təsərrüfatı, məhsuldarlığın artırılması kimi hədəflər fermerin iqtisadi dayanıqlılığı hesabının əvəzinə onun mövcudluğunu möhkəmləndirməklə həyata keçirilir. Bu isə kənd əhalisinin dövlət siyasətinə münasibətində inam yaradır.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri