Fransada fövqəladə vəziyyət elan oluna bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Fransa Baş naziri Sebastyan Lekornu bildirib ki, geniş yayılan iğtişaşlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “RIA Novosti” agentliyi məlumat yayıb.
“Bu, ciddi məsələdir, o cümlədən onun tətbiqi baxımından. Buna görə də, zərurət yaranarsa, əlbəttə ki, bunu edə bilərik. Lakin hazırkı vəziyyətdə komendant saatının tətbiqi daha məqsədəuyğun görünür”, - hökumət başçısı qeyd edib.
Bir neçə saat əvvəl, ölkədəki iğtişaşlarla məşğul olan böhran qrupunun iclasından sonra Lekornu departament prefektlərinə bir sıra ərazilərdə komendant saatı tətbiq etmək barədə göstəriş verib. Bildirilir ki, bu tədbir digər məqsədlərlə yanaşı, həm də biznes obyektlərini qorumaq üçün Fransanın bəzi şəhərlərinin mərkəzi hissələrində qüvvədə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Oktyabr 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















