Icma.az
close
up
RU
Fransada iqtisadi vəziyyət qeyri qənaətbəxşdir

Fransada iqtisadi vəziyyət qeyri qənaətbəxşdir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

“Fitch Ratings” ölkənin kredit reytinqini aşağı salıb

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Avropa ölkələrinin xarici və yerli valyutada uzunmüddətli  kredit reytinqini yeniləyib. Avrozona ölkələrindən Portuqaliyanın kredit reytinqi “A-”dan “A”-ya yüksəldilib və proqnozu “sabit” elan edilib. İspaniyanın reytinq balı isə “A”-dan “A+”-ya yüksəldilib və proqnozu “sabit” təyin olunub. “Fitch Ratings”in açıqlamasına görə, İspaniyanın özəl sektorunun son 10 ildə borc azaldılması sahəsində apardığı səylər öz mühüm bəhrəsini verib, xarici balansda əhəmiyyətli yaxşılaşma qeydə alınıb, ölkənin iqtisadi şoklara qarşı davamlılığı artaraq xarici maliyyələşmədə riskləri azalıb.

Avropa Birliyi ölkələrinin əksəriyyətinin kredit reytinqi isə əvvəlki kimi sabit saxlanılıb, bəzi dövlətlərin isə reytinq əmsallarında geriləmə baş verib. Agentliyin reytinq balını ən çox aşağı saldığı ölkə isə Fransa olub. “Fitch” Fransanın xarici valyutada uzunmüddətli kredit reytinqini “AA-”dan “A”-ya endirib və reytinqin proqnozunu “müsbət”dən “sabit”ə dəyişib.

Fransanın xarici borcu ÜDM-nin 120 faizinə yüksəlib

Ekspertlərin fikrincə, Fransa iqtisadiyyatına dair qiymətləndirmələr son bir ildə kəskin pisləşir, ölkənin yüksək və artan borc nisbəti davam edərək gəlirləri üstələyir. Dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildə 113,2 faiz təşkil edirdisə, hazırda 120 faizə yüksəlib. Bu isə ölkənin yeni iqtisadi şoklara cavabvermə qabiliyyətini məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, xarici borcun ÜDM-ə nisbəti 50 faizi aşması “qırmızı xətti” ötmək anlamına gəlir və maliyyə-büdcə dayanıqlığına ciddi zərbə vura bilər. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Bu baxımdan Fransa həmin cizgini artıqlaması ilə keçib və dövlət öhdəliklərinin pisləşməsi əmsalı Aİ-də ən təhülkəli həddədir. Fransada borc öhdəliklərinin pisləşməsinə hökumətin uğursuz maliyyə siyasəti daha çox təsir göstərir, xüsusilə də sonuncu hökumət kabinetinin bu prosesi daha da gərginləşdirdiyi vurğulanır. Keçən il keçirilən erkən seçkilərdən sonra Fransada 3 fərqli hökumətin fəaliyyət göstərməsi və vahid koordinasiyanın olmaması maliyyə konsolidasiya tədbirlərini zəiflədərək büdcə kəsirini ağırlaşdırıb. “Fitch”in qənaətinə görə, Fransanın fiskal konsolidasiya və AB maliyyə qaydalarına uyğunluq sahəsində zəif tədbirlər nümayiş etdirməsi borc yükünün 2029-cu ilə qədər daha da artacağından xəbər verir. Hökumət aşağı artım fonunda büdcə gəlirlərini azaldır, xərcləri qarşılamaq üçün büdcə kəsirini və borcu artırmağa məcbur olur.

“Eurostat”dan bədbin proqnozlar

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Statistika İdarəsi (“Eurostat”) də Fransa və ümumilikdə avrozonada iqtisadi artımın və aktivliyin aşağı düşməsinə dair proqnozunu açıqlayıb. Məlumatda qeyd edilir ki, Aİ regionunda ümumi daxili məhsulun (ÜDM)  aylıq müqayisədə cəmi 0,1 artsa da,  inflyasiya 4-5 faiz olmaqla real gəlirləri xeyli üstələyib. Zəif artımın səbəbi ABŞ-ın tətbiq etdiyi tariflər fonunda artan ticarət qeyri-müəyyənliyinə görə biznes və əhalinin ehtiyatlı davranışlarıdır. Bununla belə, borclanma xərclərinin artması da iqtisadi aktivliyə mənfi təsir edib. Habelə daşınmaz əmlak sektorundakı uzunmüddətli durğunluq yerli tələbatın zəif qalmasının başlıca səbəblərindən biri olaraq qalır. Son aylarda faiz endirimləri və likvidlik dəstəyi kimi tədbirlər qeyri-müəyyənliyin davam etməsinə səbəb olmaqdadır. Ümumilikdə, Aİ bölgəsində İqtisadi Qeyri-Müəyyənlik İndeksi və Ticarət Qeyri-Müəyyənliyi İndeksi (TPU) nəzərəçarpacaq dərəcədə artıb. Bu isə iqtisadi subyektlərin gələcəyə dair proqnozları və qərarvermə proseslərini daha da mürəkkəbləşdirir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” adlı hesabatında da ABŞ-in ticarət siyasətində baş verən dəyişikliklərin, o cümlədən gözlənilən sərt tarif tədbirlərinin qlobal iqtisadiyyata təsirləri və itkiləri barədə proqnozlar yer alıb. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropada tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib. Bölgədə ən çox təsirlərə məruz qalan ölkələr kimi Fransa və Almaniyanın üzləşdiyi maliyyə sıxıntıları vurğulanır. Proqnozlara əsasən, bu ölkələrdə alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi ümumilikdə, avrozonada iqtisadi artım gözləntilərini zəiflədir.

ELBRUS

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri