Icma.az
close
up
RU
Zərgərlik bazarında vəziyyət qənaətbəxşdir?

Zərgərlik bazarında vəziyyət qənaətbəxşdir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda qiymətli metallardan və daşlardan hazırlanan zərgərlik məmulatlarına nəzarət gücləndirilib.

Artıq bu sahədə dövlət əyar nəzarətinin həyata keçirilməsi üçün yeni laboratoriya xidmətləri fəaliyyətə başlayıb.

Sahibkarlar və istehlakçılar qızıl, gümüş və digər qiymətli materiallardan hazırlanan məmulatların qanunvericiliyə uyğun yoxlanılması, əyarının təyin olunması və rəsmi damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

Bu addım Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən atılıb.

Məqsəd zərgərlik məhsullarının keyfiyyətinə nəzarəti artırmaq, həm istehlakçıların hüquqlarını qorumaq, həm də bazarda şəffaflığı təmin etməkdir. 

Yeni laboratoriya xidmətləri çərçivəsində zərgərlik və digər məişət məmulatları ekspertizadan keçirilir, diaqnostika olunur, əyarı yoxlanılır və rəsmi qaydada damğalanır. Bu isə həm istehsalçıların, idxalçıların, həm də alıcıların maraqlarına xidmət edir.

Uzun illərdir ki, vətəndaşlar aldıqları qızıl məmulatlarının tərkibi və əyarı ilə bağlı müxtəlif problemlərlə üzləşiblər. 

Bəzi hallarda "585 əyar Türkiyə qızılı" adı ilə satılan məmulatların faktiki olaraq daha aşağı tərkibə malik olduğu, bəzən isə məhsulların üzərindəki məlumatların həqiqəti əks etdirmədiyi barədə şikayətlər səsləndirilib. 

Bu isə həm istehlakçıların maddi zərərə məruz qalmasına, həm də bazarda etimadın azalmasına səbəb olub.

Qızıl bazarında əyar yoxlamalarının gücləndirilməsi istehlakçıların hüquqlarının qorunmasına necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illərdir qızıl alarkən vətəndaşların aldadılması halları müşahidə edilirdi:

"Vaxtilə mövcud olmuş Əyyar Palatası ləğv ediləndən sonra ölkədə ciddi istehlakçı problemi yaşanıb. İstehlakçılardan gələn çoxsaylı zənglərə adekvat cavab verə bilmirdik.

Çünki illər boyu ölkəyə gətirilən malların məcburi damğalanması həyata keçirilirdi. İstehlakçılar bizə müraciət edəndə bildirirdik ki, hansı qızılın üzərində “rombvari” damğa varsa, ona üstünlük verin, artıq qızıl yoxlanılıb.

Əvvəllər problem olanda biz istehlakçıları Əyyar Palatasına yönəldirdik. Lakin Əyyar Palatası ləğv olunandan sonra istehlakçılara doğru yön göstərmək mümkün olmadı. İllər boyu bu vəziyyət davam etdi.

Təəssüflər olsun ki, istehlakçı hüquqları ilə bağlı məsələlərdə hökumət ləng hərəkət edir, o cümlədən bu sahədə. Nəhayət illər sonra belə bir qurumun yaradılması, laboratoriyaların mövcudluğu çox sevindirici haldır.

Yaxşı ki, “qaynar xətt” də təşkil edilib, bu çox yaxşı bir cəhddir. Lakin bununla belə qanunlarda da müəyyən dəyişikliklər aparmaq lazımdır.

Məsələn, Nazirlər Kabinetinin 114 saylı qərarında qızıl və daş-qaş məmulatlarının dəyişdirilməsi qadağan olunanlar siyahısındadır. Birlik olaraq biz bununla qəti razı deyilik. Məsələn, mənə müraciət edən bir şəxs 20 000 manata qızıl saat almışdı, bir neçə gün sonra saat işləməyib və dəyişdirmək istəyəndə mümkün olmayıb.

Təəssüflər olsun ki, yayılan məlumatlarda göstərilmir ki, daş-qaş və qızıl məmulatlarını idxal edən şəxslərin həmin malları yoxlamadan keçirməsi məcburidir, yoxsa könüllü əsaslarla həyata keçirilir. Çox istəyərdim ki, bu məcburi olsun, mal partiyası yoxlanılsın".

Ekspert qeyd edib ki, neçə illərdir bu sahədə böyük problemlər yaşanır:

"Çox istəyərdim ki, laboratoriyalar bu işi yaxşı bilən mütəxəssislərlə fəaliyyət göstərsin. Həmçinin həmin qurum media ilə geniş məlumatlandırma işi aparsın ki, vətəndaşlar aldadılmasın.

Qiymətli məmulatlardan əlavə, daş-qaş sahəsində də problem var. Bu sahəni yaxşı bilən azdır, ona görə də aldadılma halları olur. Qızıl məmulatlarını yoxlayan qurumun təşkili çox müsbət addımdır və vətəndaşlar bizə müraciət edəndə onları həmin quruma yönləndirəcəyik.

Qiymətli metallar və daş-qaş məmulatları bazarında şəffaflığın və nəzarətin gücləndirilməsi həm istehlakçıların hüquqlarının qorunması, həm də bazarda etimadın formalaşması baxımından vacibdir.

Bu istiqamətdə yaradılan yeni qurum və laboratoriyalar mühüm addım olsa da, onların fəaliyyəti effektiv nəzarət, maarifləndirmə və qanunvericiliyin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır".

Gülər Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri