Fransada məhbusların sayı rekord həddə çatıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 noyabr, AZƏRTAC
Fransa həbsxanalarında saxlanılan məhbusların sayı rekord həddə çataraq 90 min 900 nəfər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadla bildirib.
Məlumata görə, 2025-ci il oktyabrın 1-dən məhbusların sayı 7,2 faiz artıb. Həbsxanalardakı yerlərin ümumi sayı isə 63 min 452 təşkil edib. Müəssisələrin orta doluluq səviyyəsi 143,3 faizə, istintaq təcridxanalarında isə 178 faizə çatıb.
Ədliyyə Nazirliyi həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Bununla belə, 2018-ci ildə nəzərdə tutulan 15 min yeni yerin yalnız 8 mini istifadəyə verilib.
Qeyd edək ki, Fransada həbsxanaların həddindən artıq sıxlığı və saxlanma şəraiti ilə bağlı problemlər dəfələrlə tənqid edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Noyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















