Fransada məktəbi yandırmaq istədilər
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın paytaxtı Paris yaxınlığındakı Fren kommunasında bir qrup naməlum şəxs "Mistral" liseyini yandırmağa cəhd göstərib, şagirdlər və işçiləri təxliyə edilməli olub.
Modern.az-ın "Le Parisien" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə 6 noyabrda dərslər zamanı baş verib.
İlk yanğın siqnalı Bakı vaxtı ilə saat 13:00-da səslənib. Yarım saat sonra bir neçə nəfər liseyin binasına daxil olaraq fişənglər atıb. Heç kim xəsarət almayıb.
Cinayətkarlar daha sonra tualet kağızı və zibil qutularını yandıraraq yanğın törətməyə cəhd ediblər. Polis əməkdaşları hadisə yerinə gəlib və onları dayandırıblar.
Bu vaxt liseyin rəhbərliyi şagirdlərin təxliyəsini təşkil edərək onları həyətdə toplayıb.
Hadisədən sonra məktəb bu gün - 7 noyabr, günorta saatlarına qədər distant təhsilə keçib.
Polis hələlik şübhəliləri saxlaya bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Noyabr 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















