Fransada qar fırtınası səbəbindən nəqliyyat problemləri yaşanır
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransada qar fırtınası nəqliyyatda problemlər yaradıb, bir sıra avtomobil yolları bağlanıb, onlarla qəza baş verib.
Avtosfer.az xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, kəskin hava Pei-de-la-Luar, Normandiya, Yeni Akvitaniya və Paris regionlarında dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub. Həmçinin qar fırtınası səbəbindən ölkədə 200 min nəfər işıqsız qalıb. Hakimiyyət orqanları şənbə günü axşamadək elektrik enerjisinin 90 faiz bərpa olunacağını bildirib.
Fransanın bəzi rayonlarına orta hesabla 2-8 santimetr, dağlıq ərazilərdə isə 15 santimetrə qədər qar yağıb.
Meteoroloqların məlumatına görə, Fransanın qərbindən şərqinə doğru hərəkət edən qar fırtınasının mərkəzində küləyin sürəti saatda 180 kilometrə çatıb. Hakimiyyət orqanları Alp dağlarında qar uçqunu təhlükəsi barədə xəbərdarlıq edib.
(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















