Icma.az
close
up
RU
Fransada “sarı jiletlilər” geri qayıdır?

Fransada “sarı jiletlilər” geri qayıdır?

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 28 avqust, AZƏRTAC

Fransada sentyabrın 10-da keçirilməsi planlaşdırılan böyük etiraz aksiyasından əvvəl sarı jiletlilər öz şəbəkələrini yenidən aktivləşdirir. Sosial şəbəkələrdə yayılan “ölkəni bloklamaq” çağırışları 2018-ci ildə başlanan ilk “sarı jilet” hərəkatını xatırladır və artıq bir çox tanınmış simalar yenidən səhnəyə qayıdır.

AZƏRTAC xəbər verir ki, Fransada 10 sentyabr yeni bir xalq hərəkatının başlanğıcı kimi gözlənilir. “Bu, bir doğuluş deyil, bu, bir qəzəbin yenidən doğulmasıdır”, - deyə 2019-cu ildə polis tərəfindən gözünü itirmiş Jerom Rodrige bildirir. Onun sözlərinə görə, artıq ilk addımlar atılıb, avqustun 24-də Valence-Sud ödəniş məntəqəsinin açılması ilə başlayan hərəkatlər, rəsmi olmasa da, 2018-ci ilin ruhunu daşıyır. “Bir dəfə sarı jiletli oldunsa, həmişə sarı jiletlisən”, – deyə o vurğulayıb.

Hərəkatın əsas çağırışı sentyabrın 10-da ölkə üzrə tam blokada yaratmaqdır: bank kartlarının istifadəsindən imtina, yol kəsişmələrinin tutulması və ictimai həyatın iflic edilməsi.

“Facebook” və “Telegram” üzərindən 20-dən çox şəhərdə ümumi yığıncaqlar təşkil olunub. Hesabatlarda vurğulanır ki, iştirakçılar əsasən əvvəlki sarı jiletlilər olub. İnsanlar bunun sistemə qarşı bir qəzəb dalğası, əvvəlki qəzəbin hələ də yerində və indi bəlkə də daha dərin olduğunu deyirlər.

Fəalların çoxu bu hərəkatın partiyalardan kənar (transpartizan) qalmasını istəyir. Lakin artıq bir sıra siyasi partiyalar, eləcə də “Əyilməz Fransa” (La France insoumise-LFİ) hərəkatının lideri Jan-Lük Melanşon “Hər şeyi bloklayaq” çağırışını dəstəklədiyini bəyan edib.

Bu isə bir çox sarı jiletlilərin narazılığına səbəb olub. 2018-ci ildə bu hərəkatın gücünün apolitik olmasında olduğunu bildirərək, indi sol partiyaların onu ələ keçirmək istədiyini və belə olan təqdirdə insanların küçəyə çıxmaq istəməyəcəyini deyirlər. Hərəkatın siyasi müdaxilə ilə zəifləyəcəyindən narahatlıq qeyd edilir. Bildirilir ki, əgər bu, həmkarlar ittifaqının aksiyasına çevrilərsə, təsiri məhdud olacaq. Amma əgər xalq hərəkatı şəklini alarsa, bu, uzunmüddətli dalğa ola bilər.

“Franceinfo”nun məlumatına görə, hərəkat əsasən daxili sosial narazılıqlardan qaynaqlanır. Həmçinin bu hərəkatın sosial ədalətsizliyə qarşı xalqın cavabı olduğu və etirazın kökünün dəyişmədiyi vurğulanır.

Sentyabrın 10-da nə baş verəcəyini demək hələ tezdir. Amma bəllidir ki, Fransada sosial narazılıq təkrar alovlanır. Sarı jiletlilər artıq adla yox, amma ruh və simvol olaraq yenidən gündəmdədir.

“Biz, sarı jiletlilər kimi xalqın gündəlik həyatındakı ədalətsizliyə qarşı ayağa qalxırıq. Bu, yeni bir mərhələnin başlanğıcı ola bilər”, - deyə “Indignons-nous!” teleqram qrupu yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri