Icma.az
close
up
RU
Fransada yeni tətil çağırışı: “Sarı jiletlilər” hərəkatı yenidən başlayır?

Fransada yeni tətil çağırışı: “Sarı jiletlilər” hərəkatı yenidən başlayır?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Fransada hökumətin büdcə planına qarşı etirazlar getdikcə genişlənir. Fransua Bayrunun iyulun 15-də təqdim etdiyi büdcə islahatları sosial şəbəkə seqmentində geniş narazılıq yaradıb. Xüsusilə X platformasında sentyabrın 10-dan etibarən ölkədə tam və müddətsiz tətilə başlanılması ilə bağlı çağırışlar yayımlanır.

Bu təşəbbüsə solçu qruplar, eləcə də sağçı və ifrat sağçılar qoşulub. İyulun 19-dan "Mobilisation10septembre.blog" adlı veb-sayt istifadəyə verilib və bu sayt müxtəlif etiraz aksiyalarının əlaqələndirilməsi üçün mərkəzə çevrilib. Təşkilatçılar bunu "Sarı jiletlilər Akt 2" adlandırırlar.

Etirazların mərkəzində Bayrunun büdcə planında nəzərdə tutulan ictimai xərclərin 43,8 milyard avro azaldılması, xüsusilə də iki ictimai istirahət gününün (Pasxa bazar ertəsi və 8 may) ləğvi dayanır. Bu qərarların parlament tərəfindən hələ təsdiqlənməməsinə baxmayaraq, ölkəboyu ciddi narazılıq yaradıb.

"Sistem yalnız bizim gündəlik iştirakımız sayəsində ayaqda qalır. Təşkil olunmuş ümumi tətil bu sistemi bir neçə günə çökdürə bilər", - deyə 61 min izləyicisi olan "Le Collectif" adlı hesabda edilən paylaşımda bildirilir.

Son saatlarda "#GiletsJaunes" həştəqi 6000-dən çox istifadə edilib. Bu isə 2018-2019-cu illərdəki "Sarı jiletlilər" hərəkatının yenidən canlanacağına dair ehtimalları artırır.

Etirazların əsas təşkilatçılarından biri, "Enedis" təşkilatının 37 yaşlı əməkdaşı bu hərəkatın sıravi işçilərin hüquqlarının tapdalanmasına etiraz olduğunu bildirərək qeyd edib: "Bayrunun planı hər zamankı kimi, sadə işçiləri cəzalandırır. Bunun hesabını həmişə sadə insanlar ödəyir. Artıq bu qədər bəsdir!".

Təşkilatçıların etirazların başlanması üçün sentyabrın 10-nu seçməsi isə təsadüfi deyil. Bu, məktəblərin açıldığı, işlərin və siyasətin yenidən canlandığı dövrü əhatə edir.

Hazırda böyük həmkarlar ittifaqları bu çağırışa ehtiyatlı yanaşır, lakin ölkə miqyasında narazılığın ciddiliyini etiraf edirlər. "Hökumət insanlardan istirahət günlərini alır. Bu, haqlı bir qəzəbdir və biz bunu aydın şəkildə hiss edirik", - deyə CGT konfederasiyasının katibi Tomas Vaşeron bildirib.

Ümumiyyətlə, Fransada sosial gərginlik yenidən artır. Əgər 10 sentyabr etirazları geniş miqyas alarsa, bu, "Sarı jiletlilər" hərəkatının ikinci dalğası ola bilər. \\AZƏRTAC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri