Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paris, 12 sentyabr, AZƏRTAC
Fransada yanacağın qiymətinin sürətlə artması sosial şəbəkələrdə “Sarı jiletlilər” hərəkatının yenidən aktivləşməsinə dair çağırışları gücləndirib. Paylaşılan plakatlarda xüsusilə oktyabrın 17-nə kütləvi etiraz aksiyasına çağırışlar yer alır.
AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə yayılan çağırışlarda benzinin və dizelin bahalaşmasına etiraz edilir. Bəzi yazılarda ölkənin müxtəlif şəhərlərində toplaşma məntəqələri göstərilir.
Yanacağın qiymətindəki artım etirazların əsas səbəblərindən biri kimi irəli sürülür. 2018-ci ildə “Sarı jiletlilər” hərəkatının başlanğıcında dizelin litri təxminən 1,47 avro olduğu halda, hazırda orta qiymət 2,25 avroya çatıb. Bu, təxminən 53 faiz artım deməkdir.
Fransa hökuməti isə yanacağa tətbiq olunan vergilərin azaldılmasını nəzərdə tutmur. Hökumətin sözçüsü Mod Brejon bunun hökumətin seçimi olmadığını bildirib.
Siyasi dairələrdə də məsələ ətrafında çağırışlar səslənir. Kommunist Partiyasının prezidentliyə namizədi Fabien Russel hökumət tədbir görmədiyi təqdirdə fransızları 2018-ci ildə olduğu kimi səfərbər olmağa çağırıb. “Əyilməz Fransa” (LFI) qrupunun rəhbəri Matild Pano da partiyasının hökumətə qarşı bütün aksiyalarda iştirak edəcəyini açıqlayıb.
“Sarı jiletlilər” 2025-ci il sentyabrın 10-da da “Hər şeyi dayandıraq” şüarı ilə aksiya keçirmişdi. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin aksiyaya təxminən 175 min, həmkarlar ittifaqlarının hesablamalarına görə isə 250 minə yaxın etirazçı qoşulmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















