Icma.az
close
up
RU
Fransada siyasi böhran davam edir, solçu liderlər Emmanuel Makron çağırış edib

Fransada siyasi böhran davam edir, solçu liderlər Emmanuel Makron çağırış edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 10 oktyabr, AZƏRTAC

Fransada siyasi böhran dərinləşdikcə, ölkənin üç əsas solçu siyasi lideri – Sosialist Partiyasının birinci katibi Olivye For, Ekologiya Hərəkatının rəhbəri Marin Tondelye və Fransız Kommunist Partiyasının milli katibi Fabyən Russel – Prezident Emmanuel Makrona açıq çağırış ediblər. Onlar dövlət başçısını "təcrid və inkar siyasətində israr etməməyə" və yeni baş nazirin sol qüvvələrdən təyin olunmasına çağırıblar.

AZƏRTAC xəbər verir ki, bu çağırış solçu partiyaların AFP-yə verdiyi ortaq bəyanatda səsləndirilib.

Bu gün Emmanuel Makronun dördüncü baş naziri təyin etməsi gözlənilir. Lakin solçu siyasətçilər prezidentin bu qərarı ölkənin real siyasi mənzərəsinə uyğun olaraq verməsini istəyirlər. Yeni baş nazir kimi adı çəkilən Jan-Lui Borloo isə mediaya açıqlamasında bu barədə heç bir məlumatı olmadığını bildirib.

“Mən tamamilə xəbərsizəm”, – deyə Borloo qeyd edib. Prezidentə yaxın mənbələrdən biri isə onun adını “itiriləcək heç nəyi olmayan yeganə namizəd” kimi təqdim etmişdi.

Fransa hökumətində iqtisadiyyat naziri postundan istefa vermiş Rolan Leskür Avrozonadakı həmkarları ilə görüşdən öncə verdiyi açıqlamada əmin edib ki, ölkə 2026-cı il üçün büdcəyə sahib olacaq. “Parlamentdə əksəriyyət sabitlik istəyir və Avropa ilə üzərimizə götürdüyümüz öhdəliklərə uyğun bir büdcənin hazırlanmasını vacib sayır”, – deyə o bildirib.

Sabiq ədliyyə naziri Erik Düpon-Moretti isə Prezident Makrona qarşı tənqidlərlə çıxış edən Qabriel Attal və Eduard Filipi sərt şəkildə qınayıb. “Qabriel Attal – Emmanuel Makronun məhsuludur. Onsuz o, heç kimdir”, – deyə o, BFMTV kanalında bildirib. Eduard Filipin prezidentin istefasını tələb etməsinə gəlincə, Moretti bunu “öz namizədliyini indidən gözdən salmaq” kimi qiymətləndirib.

Əvvəlki baş nazir, hazırda istefada olan təhsil naziri Elizabet Born isə BFMTV-də çıxışında siyasi böhrandan çıxmaq üçün "respublikaçı sağdan sosialistlərə qədər" bir kompromisə ehtiyac olduğunu bildirib. O, pensiya islahatlarının dayandırılması ideyasına açıq olduğunu söyləsə də, qanunun tam ləğvinə qarşı olduğunu da aydın şəkildə bəyan edib.

Fransada siyasi vəziyyətin nə ilə nəticələnəcəyi hələlik bəlli deyil. Amma bir şey aydındır: ölkənin siyasi xəritəsində ciddi dəyişikliklər baş verir və solçuların birgə təzyiqləri, Makronu qərarlarını yenidən nəzərdən keçirməyə məcbur edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri