Icma.az
close
up
RU
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 7 avqust, AZƏRTAC

Fransada işsizlik səviyyəsi cari ilin ikinci rübündə 0,2 faiz bəndi artaraq 8,3 faizə çatıb. Bununla da göstərici ardıcıl altıncı rübdə yüksəlib və 2020-ci ilin payızından bəri ən yüksək səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (“Insee”) məlumatına görə, ölkədə işsizlərin sayı 62 min nəfər artaraq 2,7 milyon nəfərə çatıb. Bundan əlavə, işləmək istəyən, lakin aktiv şəkildə iş axtarmayan və ya dərhal işə başlaya bilməyən 1,9 milyon nəfər “işsizliyin kölgə zonası”na daxil edilib.

İşsizlik bütün yaş qruplarında artıb. Ən yüksək göstərici 15-24 yaşlı gənclər arasında qeydə alınıb – 21,6 faiz. 25-49 yaş qrupunda işsizlik 7,5 faizə, 50 yaş və yuxarı şəxslər arasında isə 5,5 faizə yüksəlib.

“Insee” işsizlikdəki artımın bir hissəsini 2025-ci ilin yanvarında qüvvəyə minən “Tam məşğulluq haqqında” qanunun tətbiqi ilə əlaqələndirir. İslahat nəticəsində RSA alan şəxslərin və müəyyən kateqoriyadan olan gənclərin “France Travail”da avtomatik qeydiyyatı həyata keçirilib.

Eyni zamanda, bu ilin ikinci rübündə Fransanın özəl sektorunda 19 min 300 iş yeri azalıb. İllik ifadədə isə özəl sektor 79 min 700 iş yeri itirib. Ən ciddi geriləmə müvəqqəti məşğulluq, tikinti, sənaye və kənd təsərrüfatı sahələrində qeydə alınıb.

Bununla belə, özəl sektorda məşğulluq pandemiyadan əvvəlki dövrlə müqayisədə hələ də yüksəkdir. 2019-cu ilin sonu ilə müqayisədə hazırda təxminən 1 milyon, yaxud 5 faiz daha çox iş yeri mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri