Fransadakı aksiyalara azərbaycanlılar da qoşulub
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada kütləvi etirazlar və iğtişaşlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət Paris və Lion da daxil olmaqla, bir sıra böyük şəhərlərdə gecə saatlarında hərəkət məhdudiyyətlərini uzadıb, yeni aksiyalar ərəfəsində polis qüvvələrinin sayını artırmağa hazırlaşır.
Baş verən son hadisələrin Fransada yaşayan azərbaycanlıların gündəlik həyatlarına necə təsir etdiyi, Azərbaycanlılardan Vətənə qayıdanların olub-olmadığı maraq doğuran məqamlardır.
Modern.az - a açıqlamasında Parisdə yerləşən Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (INALCO) tələbəsi Dilbər Nəcəfova bildirib ki, azərbaycanlı tələbələr də daxil olmaqla, şəhərdə yaşayan və təhsil alan şəxslərə rəsmi qurumların elanlarını izləmək, aksiyaların keçirildiyi ərazilərdən uzaq durmaq və axşam saatlarında nəqliyyat məlumatlarını yoxlamaq tövsiyə olunub.
D.Nəcəfovanın sözlərinə görə, etiraz aksiyalarında bəzi azərbaycanlılar da iştirak ediblər:
"Aksiyalarda iştirak edən azərbaycanlılar da olub. Bəzi soydaşlarımız nümayişlərə qatılıb, bəziləri isə hadisələri uzaqdan izləyib. Aksiyalarda iştirak edən azərbaycanlılardan həbs edilənlər olmayıb. Hadisələrin bu qədər ciddi və narahatedici olmasına baxmayaraq, bildiyimə görə, buna görə Fransanı tərk edib Azərbaycana qayıdan olmayıb".
Hazırda Parisdə yaşayan Dilbər Nəcəfova baş verən hadisələrin onun gündəlik həyatına ciddi təsirlərinin olmadığını və adi qaydada yaşamağa davam etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Oktyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















