Icma.az
close
up
RU
Fransalı deputatların Qafqazda gərginlik yaratmağa hesablanmış addımları

Fransalı deputatların Qafqazda gərginlik yaratmağa hesablanmış addımları

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


"Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq, Qafqazda gərginlik yaratmaqla öz maraqlarını təmin etmək məqsədilə bütün çirkin, məkirli planlara əl atır. Müxtəlif formatlarda Azərbaycanla Ermənistan arasında keçirilən görüşlərdə tərəf kimi təmsil olunmaq istəyindən məhrum edilən, irəli sürdüyü təşəbbüs və təklifləri heçə sayılan Makron hakimiyyəti indi də Abu-Dabi görüşünün şokunu yaşayır və hər vəchlə görüşdən sonra keçən müddətdə tərəflər arasında formalaşmış etimad mühitinə zərbə vurmağa çalışır. Fransa Milli Assambleyasında irəli sürülən Avropa Qətnaməsi təşəbbüsü də məhz bu məqsədə xidmət edir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Qafqazdakı proseslərə müdaxilə imkanlarından məhrum olan Makron indi də parlamentariləri dövriyyəyə soxmaqla vəziyyəti yenidən gərbiləşdirməyə çalışır:
"Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi Fransa hakimiyyətinin nə qədər antiAzərbaycan mövqeli olduğu və Bakıya nə dərəcədə düşmən münasibətdə dayandığını bir daha ortaya qoymuş oldu. Sözügedən qətnaməni hazırlayan deputatların ermənipərəst, Erməni maraqlarına xidmət edən biriləri olduğunu nəzərə alaraq deyə bilərik ki, artıq Fransa Senatı, Milli Assambleya, hətta Yelisey Sarayı belə erməni lobbisinin dirijor çubuğu ilə idarə olunur. Əks təqdirdə fransalı deputatlar bu qədər qərəzli, eyni zamanda beynəlxalq norma və prinsiplərə zidd, ölkələrin ərazi bütövlüyü və suverenliyinə zidd olan qətnamə irəli sürməzdilər".
İlham Məmmədov qeyd edib ki, Ermənistan hakimiyyəti belə Artsax ifadəsindən istifadə etməyib, onu tarixin arxivinə göndərdiyi bir halda Fransa Milli Assambleyası bu qondarma ifadədən istifadə olunur, onun hansısa hüquqlarından bəhs edilir. Sözügedən qətnaməyə belə bir bəndin salınması nəinki Azərbaycana qarşı haqsızlıqdır, eyni zamanda beynəlxalq qanunların ayaqlar altına atılmasıdır".
Millət vəkilinin sözlərinə görə, rəsmi Paris birdəfəlik bilməlidir ki, onun planları bundan sonra qətiyyən işə yaramayacaq və regionda yeni bir gərginlyiin yaradılması istəyi baş tutmayacaq:
"Çünki artıq dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar da Qafqazda sülh və sabitlik istəyir, Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edirlər".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri