Icma.az
close
up
RU
Cənubi Qafqazda 2 nəhəngin fərqli addımları

Cənubi Qafqazda 2 nəhəngin fərqli addımları

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Hindistan silah satır, Çin isə yol çəkir

XX əsrin ortalarına qədər güclü dövlətlər dünya bazarları uğrunda rəqabət aparıblar. Bazar iqtisadiyyatının mahiyyəti budur: hər bir ölkə üçün istehsal etdiyi malların sərfəli qiymətlərlə satışı böyük önəm daşıyır. Ötən əsrin sonlarından qloballaşma prosesinin sürətlənməsi bu sahədə vəziyyəti xeyli dəyişdirdi.

Belə ki, indi böyük güclər üçün təkcə bazarlar deyil, eləcə də qlobal ticarət yolları xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq tranzit infrastrukturlarına nəzarət edənlər, təbii ki, daha böyük iqtisadi dividentlər qazanırlar. Cənubi Qafqaz regionu isə mühüm iri tranzit yollarının kəsişdiyi coğrafi məkandır. Məhz bu amil bir çox supergüclərin bu regiona xüsusi diqqət yetirməsinə səbəb olur.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Atamoğlan Məmmədli bu məsələ ilə bağlı bizimlə söhbətində dedi ki, Cənubi Qafqaz bu gün artıq dünyanın nəhəng güclərinin maraq meydanına çevrilib. Həm “Kollektiv Qərb”, həm də “Qlobal Cənub”un aparıcı dövlətləri regionda təsir imkanları əldə etmək üçün ciddi səylər göstərirlər. Bunu gözardı etmək qeyri-mümkündür.

Təəssüf ki, bəzi dövlətlər regionda xalqlar arasında nifaq salmaq, yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Cənubi Qafqazın lider dövləti Azərbaycan belə öz prinsipial və qətiyyətli siyasəti ilə bu qəbildən olan hər cür təxribatların qarşısını alır. Dünyanın mütərəqqi ictimai-siyasi dairələri bunun frəqindədir və rəsmi Bakını dəstəkləyirlər.

Professorun sözlərinə görə, Azərbaycanın 2020-ci ilin payızında xalqımızın əzəli və əbədi torpağı olan Qarabağı azad edərək öz suveren hüquqlarını bərpa etməsi regionda sülh və sabitliyin bərqərar olunması, Cənubi Qafqaz xalqlarını tərəqqi və intibahı üçün geniş imkanlar açıb. İşğalçı Ermənistanın isə hər cür təxribatlardan əl çəkərək, sülh sazişi imzalamaqdan başqa yolu qalmayıb.

Cənubi Qafqaz qlobal əməkdaşlıq və ticarət üçün son dərəcə əlverişli məkana çevrilməkdədir. Bu gözəl fürsəti qaçırmaq olmaz. Maraqlıdır ki, bir sıra böyük güclərin Cənubi Qafqaza yanaşmaları bir-birindən kəskin fərqlənir. Fikrimizi dünyanın əhalisinin sayına görə ən böyük ölkələri olan Çin və Hindistanın timsalında müqayisə edək.

Onların biri – Çin dövləti bizim regionda iqtisadiyyata və logistikaya sərmayə qoyur, digəri, yəni Hindistan isə bölgəni silahlandırmaqla geosiyasi müstəvidə təsir imkanlarını artırmağa çalışır. Təqdirəlayiq haldır ki, Pekin müstəqil Azərbaycanın bölgənin gələcəyi üçün həyata keçirdiyi sabitlik, inkişaf və tərəqqi yolunu dəstəkləyir. Hindistan isə İrəvanla birlikdə regionda yenidən qanlı münaqişələr törətmək üçün məkrli planlar qurur.

Çinin Cənubi Qafqaz siyasəti, ilk baxışda, sadə və aydın prinsiplərə söykənir: qarşılıqlı fayda, siyasi müdaxiləsizlik və uzunmüddətli sabitlik. Bu gün Çin həm Azərbaycan, həm də Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri qurmuş, “Orta dəhliz” layihəsi çərçivəsində real infrastruktur layihələrinə milyonlarla dollar vəsait yatırmışdır. Çin hökumətinin Gürcüstanda avtomagistrallar və dərin liman (Anakliya), Azərbaycanda isə nəqliyyat və energetika sahələrində iri layihələrə rəvac verməsi göz önündədir.

Çin bölgədə balanslı oyunçudur: o, Ermənistanla da ticarət əlaqələrini qoruyur, lakin siyasi və hərbi məsələlərə qarışmır. Hətta Ermənistanın əsas ixrac sektorlarından biri olan metallurgiya səanyesi bu gün, əsasən, Çin bazarına bağlıdır. Lakin Pekin bu əlaqələri hansısa geosiyasi blokların uzantısı kimi yox, qarşılıqlı ticarət maraqları çərçivəsində qurur. Rəsmi Pekin heç bir regional dövləti digərinə qarşı alətə çevirmir və süni bölücülük siyasətindən uzaqdır.

Hindistan isə fərqli mövqedədir. O, regionda demək olar ki, heç bir infrastruktur layihəsinə sərmayə qoymayıb. Əvəzində, Ermənistanla hərbi əməkdaşlıq quraraq ona radar sistemləri, raket kompleksləri və pilotsuz uçuş aparatları tədarük edir. Bu, bir tərəfdən Ermənistanın revanşist dairələrini gücləndirir, digər tərəfdən isə regionda yeni münaqişə risklərini artırır.

İrəvan unudur ki, Hindistanın ona satdığı raketlər modern çağırışlara cavab vermir. Bunu bu yaxınlardakı Hindistan-Pakistan müharibəsi də aşkar surətdə nümayiş etdirdi. Pakistanın Çin ilə birlikdə istehsal etdiyi raketlər mübahisəli Kəşmir vilayətinin hava məkanında rəqibin gözünü açmağa belə imkan vermədi. Pakistanlı pilotların peşəkarlığı və fədakarlığı da əlbəttə, öz sözünü dedi. Qatı millətçi Narenda Modi hökuməti Kəşmirlə bağlı yeni qəsbkar iddialarından geri çəkilməli oldu.

Hindistanın bu siyasəti, görünür, yalnız Ermənistanın deyil, həm də Fransanın maraqlarına xidmət edir. Paris uzun illərdir ki, regiona neokolonial yanaşma ilə müdaxilə etməyə çalışır. Bu gün Fransanın hərbi-siyasi təsirini bölgəyə Hindistan üzərindən proksi formatda ötürməsi müşahidə olunur. Ermənistanın isə bu siyasətə uyğun şəkildə, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalması, həm də Qərb bloklarına inteqrasiyanı təşviq etməsi ikili oyunun göstəricisidir.

Fransanın Ermənistandan bir alət kimi istifadə etməyə çalışması səbəbsiz deyil. Qardaş Türkiyənin Cənubi Qafqaz regionunda artan nüfuzu E.Makron hakimiyyətini çox narahat edir. “Sahel Afrikası” ölkələrində siyasi-iqtisadi mövqelərini Çin, Türkiyə və başqa dövlətlərə uduzan Fransa “Qara qitə”də itirilmiş mövqelərini bərpa etməyə çalışır. Bu isə qeyri-mümkündür.

Azərbaycan və Gürcüstan dövlətləri Cənubi Qafqazda yaranmış mövcud vəziyyətdə sabitliyin və iqtisadi inkişafın tərəfdarı olaraq önə çıxıblar. Hər iki ölkə nəqliyyat və logistika sahəsində beynəlxalq layihələrdə fəal iştirak edirlər. Orta Dəhliz və Şimal–Cənub marşrutları onların iştirakı olmadan sadəcə xəritə üzərində qalardı. Azərbaycan bu baxımdan təkcə tranzit ölkəsi deyil, həm də regional enerji təhlükəsizliyinin əsas sütunlarından biridir.

Ermənistan isə özünü daha çox geosiyasi manipulyasiyaların obyektinə çevirib.

Ermənistanın baş naziri N.Paşinyan hökuməti azad, müstəqil xarici siyasət aparmaq iqtidarında deyil. “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı real addımlar atmayan, Cənubi Qafqazın iqtisadi xəritəsində təcrid vəziyyətindən çıxmayan bir ölkə olaraq, Ermənistan hələ də silahlandırma və “xarici havadar” axtarışındadır. Bu isə yalnız bölgədə militarizasiya tendensiyalarını gücləndirir və təhlükəsizlik balansını pozur.

Sual olunur: yaxın gələcəkdə Cənubi Qafqz xalqlarını hansı ssenarilər gözləyə bilər? Burada iki yol var: Birinici yol sivil dünyanın dəstəklədiyi regionda iqtisadi əməkdaşlıq yoludur. İkinci yol isə qlobal qarşıdurmaya aparır. Əlbəttə, Azərbaycan öz müttəfiqləri və strateji tərəfdaşları ilə birlikdə 1-ci yolu seçib və bu istiqamətdə ciddi səylər ortaya qoyur. Ermənistan isə regionu yeni qarşıdurma müstəvisinə çevirməyə cəhd edir. Bu, yolverilməz olduğu qədər antihumanist mövqedir!

Cənubi Qafqazın gələcəyi bu iki ssenari arasında düzgün seçim etməkdən asılıdır. Bölgəni ya Çin modelində olduğu kimi, qarşılıqlı iqtisadi əməkdaşlıq, ya da Hindistanın təqdim etdiyi silahlanma və qarşıdurma ssenarisi gözləyir. Əgər Hindistan Cənubi Qafqazdakı siyasətində korrektə apararaq real infrastruktur layihələrinə sərmayə yönəltsə və dialoq ruhunu təşviq etsə, regionda sülh və sabitlik daha tez bərqərar ola bilər. Lakin millətçi N.Modi hökumətindən bunu gözləmək sadəlövhlük olardı.

Tarixin inkişaf təkərini heç kim geri döndərə bilməyib. Ümid edirik ki, Azərbaycanın və onun müttəfiqlərinin qətiyyətli və prinsipial mövqeyi Cənubi Qafqaz regionunda sülh və sabitliyin güclənməsinə, nəticədə, bölgədə inkişaf və tərəqqinin sürətlənməsinə yol açacaq.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri