Icma.az
close
up
RU
Fransalı tarixçi: Qarabağda minalarla bağlı vəziyyət mülki insanların öz evlərinə qayıtmalarına mane olur

Fransalı tarixçi: Qarabağda minalarla bağlı vəziyyət mülki insanların öz evlərinə qayıtmalarına mane olur

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 16 iyun, AZƏRTAC

“İRS” nəşriyyat evinin nəfis kitablarının təqdimatında iştirak etməkdən çox məmnunam. Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini və memarlığını tərənnüm edən bu kitablar doğrudan da qeyr-adidir. Kitabların nəfis tərtibatı valehedicidir.

Bu fikirləri “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” Nəşriyyat Evinin dərc etdiyi kitabların ölkəmizin Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində iştirak edən fransalı tarixçi Antuan Konstan AZƏRTAC-a müsahibəsində deyib.

“Təəssüf ki, Azərbaycanla bağlı çox az kitablar var və ölkəyə dair kitab tapmaq çətindir. Bu maraqlı kitabların geniş ictimaiyyətə təqdimatı çox yaxşı haldır Bu kitablar Azərbaycanı, onun tarixini, mədəniyyətini və reallıqlarını yaxından tanımağa imkan verir. Mətnlər çox nəfis və maraqlı şəkildə hazırlanıb.

Müasir tarixi, xüsusilə də Qarabağ müharibəsini, onun mənfi nəticələrini əks etdirən kitablar reallıqla tanış olmaq üçün çox vacibdir”, - deyə o qeyd edib.

Piyada əleyhinə minalardan bəhs edən “Gizli ölüm toxumları” kitabının diqqəti daha çox cəlb etdiyini bildirən A.Konstan deyib ki, bu nəşr bu gün Qarabağda qarşılaşılan böyük problemi aydın əks etdirir. “Müharibənin partlayıcı qalıqları mülki insanlar üçün illərlə problemlər yaradır. Hətta bu gün Avropada da Dünya müharibələrindən qalan partlayıcı maddələr hələ də tapılır. Bu baxımdan “Gizli ölüm toxumları” kitabı insanları maarifləndirmək baxımından böyük əhəmiyyətə malikdir. Təəssüf olsun ki, Qarabağda minalarla bağlı vəziyyət mülki insanların öz evlərinə qayıtmalarına mane olur, kənd təsərrüfatı üçün böyük təhlükə yaradır”, - deyə tarixçi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see215

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see196

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see183

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see160

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see155

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see153

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see153

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see147

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri