Icma.az
close
up
RU
Fransanın 65 ildir gizlətməyə çalışdığı FACİƏ “Mavi Jerboa” ƏMƏLİYYATI

Fransanın 65 ildir gizlətməyə çalışdığı FACİƏ “Mavi Jerboa” ƏMƏLİYYATI

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bu gün müasir Fransanın insanlığa sığmayan daha bir addımın ildönümüdür. Düz 65 il əvvəl fransızların milli qəhrəmanı, Fransanın sabiq prezidenti Şarl de Qolun göstərişi ilə Əlcəzairdə atom bombası sınaqdan keçirilib. Bu sınaq nəticəsində yüz minlərlə insan həyatını itirib, təbiətə çox böyük ziyan vurulub.
Məlum olduğu kimi 150 ilə yaxın Əlcəzair Fransanın müstəmləkəsi altında olub. Rəsmi Paris bu illərdə təkcə Əlcəzairin yerüstü və yeraltı sərvətlərini vəhşicəsinə talamayıb, həm də bu ölkəni özünün hərbi poliqonuna çevirib.
"Mavi Jerboa" əməliyyatı
Əlcəzairdəki müstəmləkəçilik dövründə Fransanın törətdiyi vəhşiliklərin miqyası ölçüyə gəlmir. Ən dəhşətlisi odur ki, nüvə sınaqlarını Saxara səhrasında keçirən zaman yerli əhaliyə heç bir xəbərdarlıq edilməyib, onların təhlükəsizliyi üçün heç bir tədbir görülməyib.
Bu azmış kimi Fransa Meteorologiya Xidməti hadisədən sonra həyasızcasına “Pireney yarımadasında aşağı təzyiqin ölkəyə Sahara səhrasından qum gətirən güclü hava dalğaları yaratdığını” bildirmişdi. Halbuki, nüvə partlayışı o qədər güclü olub ki, Əlcəzairdən hava ilə gələn qum hissəcikləri Fransanın səmasını sarı və narıncı rənglərə boyayıb.  
O zaman Kann Universitetinin tədqiqatçısı Pierre Barbey “France Plus”-a müsahibəsində bildirmişdi ki, Fransada son vaxtlar əsən küləklər özü ilə radioaktiv tullantılar olan qumu gətirir:
“Fransada səma səhradan sovrulan qum səbəbindən narıncı rəngə çevrilib. Tədqiqatlar göstərib ki, qum dənələrinin tərkibində Fransanın Sahara səhrasında apardığı nüvə sınaqları nəticəsində əmələ gələ bilən radioaktiv “sezium-137” maddəsi var”.
Alimin sözlərinə görə, tədqiqat Şapel-Duba bölgəsində götürülən nümunələr üzərində aparılıb. Və təəssüflə bildirib ki, “Sezium-137”-nin radioaktiv yarımparçalanma müddəti 30 ildir. Bu da o deməkdir ki, nüvə partlayışından 30 il sonra da təkcə Əlcairdə yox, qonşu ölkələrdə də insanlar radiasiyanın yaratdığı xəstəliklərdən əziyyət çəkiblər.
Xatırladaq ki, Fransanın Əlcəzairdəki fəlakətli sınağı "Mavi Jerboa" adlanırdı.  Əlcəzair poliqonunda sınaqdan keçirilən nüvə bombasının gücü 70 kiloton olub ki, bu da Xirosimaya atılan bombanın gücündən 3-4 dəfə çoxdur.
Əldə olunan məlumatlara görə qanlı müstəmləkəçilik dövründə- 1960-1966-cı illər arasında Fransa Əlcəzairdə ən azı 17 nüvə sınağı həyata keçirib.
Rüşvətlə gizli davam edən nüvə sınaqları
1997-ci ildə məlum oldu ki, Fransa Əlcəzairdəki administrasiyadakı bəzi şəxslərə rüşvət verməklə bu ölkənin ərazisində 1978-ci ilə qədər gizli şəkildə nüvə sınaqlarını davam etdirib. Bu atom bombaları Əlcəzair və qonşu ölkələrin əhalisinə böyük ziyan vurub.
Ekspertlər qeyd edirlər ki, atom bombalarının atıldığı Sahara səhrasının Əlcəzair ərazisində yaranan səhra tufanları tez-tez radioaktiv tullantıları əhalinin sıx məskunlaşdığı şimal bölgələrinə aparır. Hətta 2021-ci ilin fevralında Aralıq dənizini keçən və Fransanın cənub səmalarını narıncı rəngə boyayan radioaktiv tullantılar qeydə alınıb.
Əlcəzairin cənubunda aparılan nüvə təcrübələri Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biridir. Sınaqlar insanları, heyvanları və bitkiləri məhv edib və Əlcəzair Saharasının yüz minlərlə kvadrat kilometr ərazisini və başqa bölgələri çirkləndirib.
Radioaktiv tullantılar təkcə səhrada deyil, Afrika və Aralıq dənizində də yayılıb. Sınaqların nəticələrini tədqiq edən ekspertlər nüvə partlayışlarının 42 mindən çox əlcəzairliyə birbaşa təsir etdiyini təxmin ediblər. Rəsmi statistikaya görə, ümumilikdə 2 milyondan çox insan sezium və uranın çirklənməsindən dünyasını dəyişib.
Afrikada artan xəstəliklər, məhv olan insanlıq
Tədqiqatçılar xərçəng və genetik pozğunluqlar, vaxtından əvvəl doğuşlar və dölün anomaliyaları hallarının kəskin artdığını qeyd ediblər. Ümumilikdə, Fransa 1960-1996-cı illər arasında 210 nüvə sınağı keçirib, ümumi məhsuldarlığı təqribən 13 meqaton, o cümlədən Əlcəzairdəki Sahara səhrasında 17, atmosferdə 46, Fanqataufaol və Mururoali adalarında 147 yerüstü və yeraltı sınaqlar həyata keçirib.
Nəzərə alaq ki, Əlcəzair nüvə sınaqlarının yeri ilə bağlı məlumat, həmçinin radiasiya qurbanları və zərərçəkənlərə görə kompensasiya tələb edir. Fransa isə Əlcəzairin ona qarşı irəli sürdüyü bütün ittihamları və tələbləri rədd edir.
Bu cür davranış təbii ki, gözləniləndir. Çünki Fransanın mahiyyəti məhz budur...
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri