Icma.az
close
up
RU
PUTİN NİYƏ ZELENSKİDƏN QAÇIR? Kremlin gizlətməyə çalışdığı iki səbəb

PUTİN NİYƏ ZELENSKİDƏN QAÇIR? Kremlin gizlətməyə çalışdığı iki səbəb

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kremlə “qələbə” kimi təqdim edə biləcəyi nəticə lazımdır, amma...

Kremlin gətirdiyi tamamilə əsassız arqumentlər və bəhanələr bir daha göstərir ki, Putin hazırkı şərtlər daxilində sülhə razılaşmaq və bunun təzahürü kimi Zelenski ilə görüşmək fikrində deyil. Bunun fonunda Kremlin vaxt uzatmaq və Donald Trampın “başını qatmaq” siyasəti isə hələ ki, uğurlu alınır və davam edir...

Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsi nifrətinin olduğu heç kimə sirr deyil. Məsələn, bunu xüsusi qeyd edən “Politico” nəşrinin yazdığına görə, Zelenski Putinin gözündə təslim olmaqdan boyun qaçıran, “böyük Rusiya imperiyasına” meydan oxuyan və müqavimət ruhu hələ də qırılmamış bir ölkənin cəsarətli lideridir. Nəşrin fikrincə, məhz buna görə Putin Zelenski ilə təkbətək görüşə hazır deyil. Yəni, nə qədər acınacaqlı olsa da, şəxsi ədavət və nifrət Putinin gündə minlərlə insanın ölməsinə və yaralanmasına səbəb olan qanlı, amansız işğalçılıq müharibəsini davam etdirməsinin əsas motivlərindən birinə çevrilib.

Birincisi, təkbətək görüş Zelenskiyə “siyasi legitimlik” qazandırır. Hansı ki, Kreml xeyli müddətdir Ukrayna Prezidentinin legitimliyini sual altına alır və onunla hər hansı sənədin imzalanmasından boyun qaçırır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da son açıqlamasında növbəti dəfə bu bəhanəni gətirmişdi və demişdi ki, Putin Ukrayna lideri ilə razılığa gələ bilməyəcək, çünki Moskva onun prezidentliyini “qeyri-qanuni” hesab edir. Yeri gəlmişkən, qeyd edək ki, son brifinqində Donald Tramp Lavrovun bu açıqlamasını “cəfəngiyyat” adlandırmışdı. Məlum olduğu kimi, Ukrayna konstitusiyası müharibə şəraitində seçki keçirilməsini qadağan edir və bu şərtlər daxilində Prezident öz legitimliyini saxlayır. Digər yandan, bütün aparıcı beynəlxalq təşkilatlar və dünya ölkələri Zelenskinin legitimliyini tanıyır...

Putini Zelenski ilə görüşdən yayındıran ikinci səbəb isə mütəxəssislərin fikrincə, Kremlin Trampa münasibətdə yürütdüyü taktikadır. Bu taktika Trampın “başını qatıb” vaxt uzatmaq, eyni zamanda da onun qəzəbinə tuş gəlməməkdir. Bunun üçün Kreml həm istənilən formatda görüşə guya hazır olduğunu bəyan edir, həm də müxtəlif bəhanələr gətirilərək, təkbətək Putin-Zelenski görüşünü əngəlləyir. Belə bəhanələrdən biri də sülh razılaşması üçün ikitərəfli işçi qruplarının yaradılması (müharibə gedə-gedə) və danışıqlarda iştirak edən nümayəndə heyətlərinin səviyyəsinin qaldırılması təklifidir.

Yeri gəlmişkən, zatən Ukrayna tərəfi İstanbul danışıqlarında çox yüksək səviyyədə təmsil olunur. Ondan yuxarısı demək olar ki, Prezident səviyyəsidir. Rusiya tərəfi isə “təlxək tarixçi” Vladimir Medinski səviyyəsində təmsil olunur ki, bu da Kremlin qeyri-ciddiliyindən xəbər verir. Bu “səviyyəni” yüksəltmək isə Lavrovun müavinini, yaxud ən yaxşı halda onun özünü nümayəndə heyətinə başçı təyin etməkdir. Lakin hər kəsə məlumdur ki, bu da heç nəyi dəyişməyəcək və danışıqlar uzandıqca uzanacaq. Əslində, ortada gerçək müharibəni bitirmək qərarı və iradəsi yoxdursa, hətta Putin-Zelenski təkbətək görüşü də heç nəyi dəyişməyəcək.

Putinə öz cəmiyyətinə “qələbə” kimi təqdim edə biləcəyi nəsə lazımdır. Bunun indiki şərtlər daxilində nə olacağını heç Kremlin özündə də tam bilmirlər. Çünki cəbhədə ciddi hərbi uğur qazanmaq mümkünsüz görünür. Hərbi yolla nəinki Rusiyanın rəsmən öz konstitusiyasına saldığı Ukraynanın dörd vilayətinin bütün ərazisini, hələ təkcə Donetsk vilayətinin qalan hissəsini işğal etməyə illərlə vaxt lazım olacaq. Bu üzdən Kreml Ukraynanın dinc şəhərlərini bombalayır ki, bəlkə bu yolla Ukraynanı, onun müqavimətini “sındırsın”. Lakin dörd ilə yaxındlır davam edən bu cinayətkar taktika da heç bir effekt vermir. Müharibənin qəflətən dayandırılması isə Putin üçün ciddi daxili siyasi təhlükə yarada bilər...

Deməli, qalır yalnız ABŞ başda olmaqla, Qərbin daha sərt və qətiyyətli addımlar atması. Hansı ki, bu addımlar Putini daxili riskləri göz altına alaraq, masaya oturmağa vadar edəcək. Ancaq nə Tramp belə addımlarda maraqlı görünür, nə də Avropa liderlərində qətiyyət və əzmkarlıq nəzərə çarpır. Bununla bağlı Trampın Rusiya üzrə keçmiş xüsusi müşaviri Fiona Hill çox maraqlı fikir səsləndirib. O deyib ki, “Putin gələcək hərbi təzyiqlərə tab gətirə bilməyən zərərsizləşdirilmiş Ukrayna istəyir və bunu Trampdan başqa hamı başa düşür".

Bütün bunlar o deməkdir ki, Tramp başda olmaqla, Qərb qətiyyət göstərməsə, optimist bəyanatlara rəğmən, savaş uzandıqca uzanacaq...

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri