20 ildir çalışdığı ARB dən çıxarılır
Icma.az bildirir, Axsham.az portalına istinadən.
“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.
Axşam.az Modern.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.
Onun sözlərinə görə, bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib.
“Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm” deyə, aparıcı qeyd edib.
C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.
O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb:
“20 ilə yaxın müddətdən sonra verilən qiymətə sadəcə heyranam. Söz tapmıram, çox çətin hissdir. Çox təəssüf edirəm”.
Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 01 Oktyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















