Icma.az
close
up
RU
Braziliya millisinin əfsanəsi ölkəsinin Futbol Konfederasiyasının prezidenti olmaq istəyir

Braziliya millisinin əfsanəsi ölkəsinin Futbol Konfederasiyasının prezidenti olmaq istəyir

Braziliyalı məşhur hücumçu Ronaldo ölkəsinin Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyir.

Oxu.Az xəbər verir ki, əfsanəvi futbolçu gələn il keçiriləcək seçkidə namizədliyini irəli sürməyi planlaşdırır. "Fenomen" ləqəbli keçmiş forvarda iş adamlarından, eləcə də məşhur futbolçulardan güclü dəstək var.

48 yaşlı Ronaldo prezident olacağı təqdirdə, İngiltərənin "Mançester Siti" komandası ilə müqaviləsi gələn il başa çatacaq Xosep Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etməyi düşünür.

Qeyd edək ki, Ronaldo hazırda İspaniyanın "Real Valyadolid" və Braziliyanın "Kruzeyro" klublarının səhmlərinə sahibdir.

seeBaxış sayı:22
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri