Icma.az
close
up
RU
Fransanın növbəti məkrli planı və bunun acı aqibətini yaşayacaq İrəvan və Paris RƏY

Fransanın növbəti məkrli planı və bunun acı aqibətini yaşayacaq İrəvan və Paris RƏY

Icma.az bildirir, Olke.az portalına istinadən.

Fransanın Zəngəzurda Parisin Azərbaycan-Ermənistan şərti sərhədi yaxınlığında Gorisdə konsulluq açması bölgədə sülhə, sabitliyə deyil, bölgədə gərginliyə yönəlik məkrli planların həyata keçirılməsinə xidmət edir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Gorisdəki konsulluğun Parisin məkrli planlara xidmət edəcəyini sübut etmək üçün bir neçə fakt yetərlidir: 

“Birincisi, nəinki Gorisdə, ümumiyyətlə, Zəngəzurda yetərli sayda Fransa vətəndaş yoxdur.
İkincisi, Fransanın Ermənistandakı səfiri Olivier Dekotini konsulluğun açılışı zamanı bildirib ki, Goris Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yol ayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq” fikri dediklərimizin sübutudur.  

Üçüncüsü, erməni mediası “Hraparak” nəşri belə, Gorisdə fəaliyyətə başlayan konsulluğun sırf hərbi, kəşfiyyat məqsədi daşıyacaq, kollektiv Qərbə xidmət edəcəyini qeyd edib.

Digər tərəfdən Parisin Avropa İttifaqının müşahidə missiyası adı altında casuslarını da şərti sərhəddin yaxınlığında yerləşdirməsi, Fransanın Ermənistandakı səfiri Olivier Dekotini dəfələrlə Azərbaycanla sərhədə gələrək “təftiş” aparmağa cəhdləri, Ermənistanı öldürcü silahlarla təmin etməsi, Ermənistana səfər edən Fransa rəsmiləri, deputatları Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olması onların gerçək niyyətini ortaya qoyur. Bütün bunlar Fransanın Cənubi Qafqazda vəziyyətin gərginləşdirməsinə xidmət edir ki, bu da öz növbəsində sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

Bu, həm də onu sübut edir ki, Fransa Ermənistan dövlətinin inkişafı və erməni xalqının gələcəyi barədə fikirləşmir, əksinə, öz fitnəkar əməlləri ilə bu dövləti uçuruma sürükləyir, sülhə maneələr yaratmaqla insanların faciəsinə yollar açır. Fransa bu məqsədlərinə nail olmaq üçünsə Paşinyandan oyuncaq kimi istifadə edir ki, bu da bölgədə dayanıqlı sülhün olmasına ciddi təhlükə törədir. Bütün bunlar onu deməyə əsas verir ki, Fransanın Ermənistanı Suriyaya, Ukraynaya çevirmək kimi məkrli, çirkin planı mövcuddur və bunu reallaşdırmaqda israrlıdır. Lakin onu da əminliklə deyə bilərik ki, Fransanın bundan öncə reallaşdırmaq istədiyi digər məkrli cəhdlər kimi, bu da uğursuzluğa düçar olacaq. Azərbaycan dövləti bu cür məkrli məqsədlərə xidmət edən planların qarşısını almağa və ifşa etməyə qadirdir. Belə də olacaq. Fransanın bu avantürasının acı aqibətini yaşayan tərəf Ermənistan və bir də Parisin özü olacaq”.

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyun 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri