Icma.az
close
up
RU
Fransanın silahlı qüvvələr naziri: Hərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrində deyilik AZƏRTAC

Fransanın silahlı qüvvələr naziri: Hərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrində deyilik AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 22 yanvar, AZƏRTAC

“Biz hərbi təhlükəsizliyimizi hamburgerlər və alman avtomobilləri ilə dəyişmək fikrində deyilik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü Amerika prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışına cavab olaraq bəyan edib. O bildirib ki, Fransa və Avropa İttifaqı hərbi təhlükəsizliyi hamburgerlərlə dəyişməyəcək. Nazir, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne tərəfindən bir gün əvvəl qaldırılan ticarət müharibəsinin qarşısını almaq üçün Avropa İttifaqı ilə ABŞ arasında “sövdələşmə” perspektivi ilə razılaşmadığını da deyib.

“Təhlükəsizliyimizi həvalə etməkdən söhbət gedə bilməz. Stefan Sejurne yenidən silahlandırılmanı təşviq etməkdə haqlı idi, lakin bu, ABŞ-dan daha çox silah almaq demək deyil”, - deyə fransız nazir qeyd edib və ABŞ-dan silah alınmasını tarixi cəfəngiyyat kimi qiymətləndirib.

Fransa silahlı qüvvələr nazirinin sözlərinə görə, avropalılar müdafiə məsələlərində, nəhayət Avropa muxtariyyəti üçün çərçivə müəyyən etməlidirlər.

Xatırladaq ki, Donald Tramp avropalı müttəfiqlərini Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) müdafiə xərcləri hədəflərinə çatmadıqlarına görə dəfələrlə tənqid etmiş və bu təşkilatdan çıxmaqla hədələmişdi. Onun ABŞ-ın Ukraynaya hərbi yardımını tənqid etməsi avropalı müttəfiqləri ABŞ-ın gələcək dəstəyi ilə bağlı narahatlığına səbəb olub. Trampın xarici idxala təklif etdiyi yüksək rüsumlar bir sıra Avropa paytaxtlarını xüsusilə narahat edir, çünki ABŞ əsas bazardır.

D.Trampın hakimiyyətə yenidən qayıdışı Fransa siyasətçiləri arasında təlatüm yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri