Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bu gün Maliyyə Nazirliyində suveren yaşıl istiqrazların emissiyası üzrə çərçivənin hazırlanmasını təmin etmək məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
"APA-Economics" xəbər verir ki, Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkədə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və yaşıl maliyyələşdirmə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə yaşıl maliyyə infrastrukturunun formalaşdırılması gələcəkdə suveren yaşıl istiqrazların emissiyası üçün zəmin yaradacaq.
İclasda yaşıl istiqrazların emissiya çərçivəsi üzrə beynəlxalq təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər tərəfindən suveren yaşıl istiqrazların emissiyası üzrə görüləcək işlərin mərhələləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
İşçi Qrupuna Azərbaycan Respublikasının suveren yaşıl istiqrazlarının emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və yaşıl istiqrazlar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















