Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Fransız ər arvadına avtomobili etibarnaməsiz verə bilərmi?

Fransız ər arvadına avtomobili etibarnaməsiz verə bilərmi?

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycanda son aylarda avtomobil idarə edilməsi üçün verilən etibarnamələr ciddi müzakirə mövzusudur. Müstəqil ekspertlər bu sənədi arxaizm, SSRİ-nin qalığı hesab edirlər. Bəs başqa ölkələrdə vəziyyət necədir? İfrat ümumiləşdirmədən qaçmaq üçün məsələni bir dövlətin – avtomobil sənayesinin ilk təşəkkül tapdığı ölkələrdən olan Fransanın timsalında nəzərdən keçirək.

Avtosfer.az xəbər verir ki, Fransada kiminsə şəxsi avtomobilini üçüncü şəxsə müvəqqəti idarə etmək üçün verməsi məsələsini polis və notarius həll etmir. Məsələ konkret olaraq sığorta şirkətlərinin səlahiyyətindədir. Yol hərəkəti qanunvericiliyi avtomobili müəyyən şərtlərlə kiməsə müvəqqəti istifadəyə verməyə qadağa qoymur.

Sığorta şirkətlərində isə məsələ konkretdir. Çox şey avtomobil sahibinin sığorta müqaviləsində göstərdiklərindən asılıdır. O, əsas sürücü olaraq digər ailə üzvlərini ikinci dərəcəli sürücü kimi müqavilədə qeyd etditə bilər. Bura ər-arvad, ata-ana və uşaqlar daxildir. 

Müqavilədə əsas məsələlərdən biri qohum olmayan şəxslərə avtomobilin verilməsidir. Qanun üçüncü şəxsə avtomobili qısa müddətə idarə etməyə verməyi qadağan etmir. Məsələn, kimsə qonşusuna həftə sonu gəzintisi üçün maşını verə bilər. Lakin şərtlər var: əvvəla, sığorta müqaviləsində maşının hansı kateqoriyadan olan şəxslərə veriləcəyi göstərilməlidir. Sığorta şirkətləri adətən təcrübəsiz (3 ildən az) sürücülərə və yaşlılara maşın verilməsini qəbul etmir. Avtomobilin ailə üzvü olmayan şəxsə verilib-verilməməsi də müqavilədə gösdtərilməlidir. 

Əgər avtomobil sahibi sığorta sənədində “avtomobil heç kimə müvəqqəti idarə etmək üçün verilə bilməz” müddəasını qeyd edibsə, maşını yalnız özü sürə bilər. 

Yuxarıda qeyd etdiyimiz tələblərin dəyişməsi üçün avtomobil sahibi sığorta şirkətinə müraciət edərək yeni müqavilə hazırlatmalıdır. Çox vaxt bunun üçün hansısa ofisə getməyə ehtiyac yoxdur. Əksər işlər onlayn qaydada həll edilir. 

Avtomobili başqasına fransızsayağı verməyin öz çətinlikləri və tələbləri də də mövcuddur. Əvvəla, qohum olmayan şəxsə maşını tez-tez və uzun müddətə vermək qadağandır. İkinci, başqasının avtomobilindən yalnız şəxsi məqsədlə istifadəyə icazə verilir. Heç kim hətta ailə üzvünə aid avtomobillə belə, kommersiya fəaliyəti ilə (taksi, kuryerlik, yükdaşıma və s.) məşğul ola bilməz.  

Bəs başqasının avtomobilini polis saxladıqda nə etməli?

Qanuna görə, başqasının avtomobilini idarə edən şəxs özünün sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat sənədini və sığorta müqaviləsini üzərində gəzdirməyə borcludur. Bu sənədlər qaydasında olduğu təqdirdə polis əlavə sənədlər tələb edə bilməz. 
Avtomobili başqasına verən şəxsin də müəyyən öhdəlikləri var. O, maşını etibar etdiyi şəxsin sürücülük vəsiqəsinin olmasına, həmçinin, avtomobilin lazımi qaydada sığortalı olmasına, sığorta müqaviləsində müvafiq müddəanın olmasına cavabdehdir. Əks halda, sığorta müqaviləsi ləğv edilə bilər. Sürücülük hüququ olmayan və ya sərxoş şəxsə maşın verməyə görə 4 min avroyadək cərimə nəzərdə tutulur.  
Əsas məqam: başqasının avtomobili ilə qəza törədildiyi zaman sığorta bunu qarşılayır. Çünki, Fransa qanunvericiliyi sürücünü deyil, avtomobili sığortalayır. Lakin başqasının maşınını alan şəxs yol hərəkəti qaydalarını pozarsa, sərxoş və ya vəsiqəsiz hərəkət edərsə, o zaman həm sığorta ödənişindən imtina edilir, həm də avtomobilin sahibi və sürücü məsuliyyət daşıyır. 
Fransada avtomobil sahiblərini başqasına maşın verməkdən də elə sığorta sistemi çəkindirir. Kimsə maşını tez-tez ailədən olmayan şəxslərə verirsə, o zaman sığorta ödənişi zamanı malus hesablanır, qəza zamanı franşiza yüksək olur. Müqavilədə tək sürücü qeyd edildikdə və maşın il boyu qəza keçirmədikdə isə kifayət qədər ciddi bonuslar qazanmaq mümkündür. İllərlə qayda pozmayan, qəza keçirməyən sürücülərin simvolik 1 avroya (1,8 manat) tam sığortalanması nadir hal deyil. 

Yekun olaraq deyə bilərik ki, Fransadakı sığorta sistemi avtomobilin başqasına müvəqqəti verilməsini asanlaşdırır. Lakin, bu yolla maşın satmaq mümkün deyil. Sığorta qanunvericiliyi bizdəki kimi “baş etibarnamə ilə satış” sistemini istisna edir. Yaxud, kimsə atasının, anasının, yaxud arvadının maşını ilə boş vaxtlarında “taksovat” edə bilməz. 
Fransadakına oxşar sistemi Özbəkistan da tətbiq edir.

Daha ətraflı:

https://avtosfer.az/az/avtosfer-foto/avtomobil-etibarnamesinin-ozbekistan-modeli-foto-303763

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri