Fransız fotojurnalist Rusiyanın zərbəsi nəticəsində həlak oldu
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransız fotojurnalist Antoni Lallikan oktyabrın 3-də Donetsk vilayətində Drujkivka yaxınlığında Rusiyanın FPV pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Jurnalistlər Birliyinin rəhbəri Sergiy Tomilenko sosial şəbəkə hesabında məlumat yayıb.
Tomilenkonun verdiyi məlumata görə, Donetsk vilayətində Lallikan ilə birlikdə işləyən “Kyiv Independent”in ukraynalı jurnalisti Georgi İvançenkov yaralanıb.
Birlik rəhbəri qeyd edib ki, vurulan jurnalistlər qoruyucu geyimdə və mətbuat xidmətinin əməkdaşının müşayiəti ilə işləyirdilər. Əlavə edilib ki, 38 yaşlı Lallikan Ukraynada genişmiqyaslı müharibə zamanı Rusiya tərəfindən öldürülən üçüncü fransız jurnalistidir.
Fransa Prezidenti Emmanuel Makron Lallikanın Ukrayna müharibəsində öldüyünü təsdiqləyib. Lallikanın “Le Monde”, “Le Figaro”, “Libération”, “Mediapart”, “Paris Match”, “Der Spiegel”, “Zeit” və “Die Welt” kimi fransız və beynəlxalq nəşrlərə işlədiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Oktyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















