Rusiyanın Ukraynaya zərbəsi nəticəsində ölənlər var
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Rusiya noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətinin Kozyatın icmasına zərbə endirib.
Gununsesi.info xəbər verir ki, Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnayanın məlumatına görə, hücum nəticəsində 13 yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub, reanimasiyaya yerləşdirilən daha bir qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı dörd nəfər də yaralanıb. Onların üçü uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Məlumata görə, zərbə peşə məktəbinin yataqxanası ilə təhsil müəssisələrindən biri arasındakı əraziyə düşüb. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, yataqxananın ərazisində yanğın baş verib və avtomobillər yanıb.
Hadisə yerində müvafiq xidmətlər işləyir. Hücumun nəticələri dəqiqləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Noyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















