Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində ölənlərin sayı artıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ordusunun oktyabrın 22-də Kiyevə endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanan qadın bu gün xəstəxanada dünyasını dəyişib.
APA xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko "Telegram" kanalında məlumat verib.
“22 oktyabrda paytaxtın düşmən atəşi nəticəsində xəsarət alan və ağır vəziyyətdə olan qadın xəstəxanada vəfat edib” – Kliçko yazıb.
Bununla da hücum nəticəsində ölənlərin sayı üçə çatıb.
Qeyd edək ki, 22 oktyabr gecəsi Rusiya ordusu Ukraynanın enerji infrastrukturu və şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirib. Həmin gün Kiyevdə iki nəfər hadisə yerində həlak olub, 20-dən çox şəxs yaralanıb. PUA-lardan birinin 16 mərtəbəli yaşayış binasına düşməsi nəticəsində binanın altıncı mərtəbəsində yanğın baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 28 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















