Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fransa Hərbi Dəniz Qüvvələrinin hərbçiləri cümə axşamı ölkənin nüvə sualtı qayıqlarının yerləşdiyi bazanın üzərində aşkar olunan pilotsuz uçuş aparatlarına atəş açıblar.
APA xəbər verir ki, bu barədə bu gün “Le Mondea” məlumat yayıb.
Məlumata görə, axşam saatlarında Fransanın qərbində, Bretanda yerləşən İl-Long sualtı qayıqlar bazasının üzərində beş pilotsuz uçuş aparatı aşkar edilib.
Bildirilir ki, bu strateji hərbi obyektdə ballistik raketlərlə təchiz edilmiş sualtı qayıqlar yerləşir. Bu zonada dronların uçuşuna qadağandır.
Hadisədən sonra dronlara qarşı müdafiə sistemi və axtarış tədbirləri işə salınıb. Bazanın mühafizəsinə cavabdeh hərbçilər dronlara qarşı bir neçə atəş açıblar. Onlardan hər hansı birinin vurulub-vurulmadığı məlum deyil.
İl-Long bazası Fransanın dörd nüvə sualtı qayığının texniki xidmətini təmin edir və onlardan ən az biri daimi olaraq dənizdə olur.
Fransız KİV-lərinin məlumatına görə, keçən ay da bu bölgədə dronlar müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















