Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.
Bu barədə BFM TV Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd edək ki, 73 yaşlı Fransua Bayru Fransa siyasətinin veteranıdır. 1993-1997-ci illərdə milli təhsil naziri olub. 2017-ci ildə o, qısa müddət ərzində Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2002, 2007 və 2012-ci illərdə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb.
Bayrunun partiyası prezidentyönümlü "Birlikdə" siyasi koalisiyasına daxildir.
Bayru 2017-ci ildə Makronun müttəfiqi olub. Son illərdə o, prezidentdən uzaqlaşsa da, Makronun çevrəsində nüfuzunu qoruyub saxlayır. Onun Milli Assambleyadakı əksər siyasi qüvvələr, o cümlədən Le Penin Milli Birlik Partiyası tərəfindən yaxşı qarşılandığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















