“Freedom House”dan növbəti qərəzli “hesabat”...
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Təşkilat” ənənəsinə sadiq qalaraq böhtan, şər və yalandan əl çəkməyib
Azərbaycanın yürütdüyü sabit və davamlı inkişaf xətti, dövlət maraqlarını özündə ehtiva edən siyasət kursu xarici anti-azərbaycançı dairələri, ötən illər ərzində daha çox ermənipərəst mərkəzlərin əlaltısı kimi tanınan bəzi “hüquq müdafiə” strukturlarını açıq şəkildə narahat etməkdədir. Bunun nəticəsidir ki, “hüquq müdafiəsi” amilini özünə pərdə edərək korporativ maraqlara xidmətçilik edən bir sıra qurumlar zaman-zaman qərəzli və əsassız açıqlamaları və ya “hesabatları” ilə gündəmə gəlməyə çalışırlar. Ölkəmiz son 5 ildə bölgədə yeni siyasi-iqtisadi mənzərə yaradıb, o cümlədən, beynəlxalq aləmdə tolerantlıq məkanı kimi tanınır, mühüm beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib, ən əsası isə beynəlxalq hüquqa və demokratik prinsiplərə sədaqət nümayiş etdirir - bu fakt anti-Azərbaycan mövqeyi ilə tanınan “Freedom House” kimi özünü “demokratiya keşikçisi” qismində təqdim edən, əslində isə milli dövlətlərə qarşı səlib yürüşü aparanların “ürəyincə deyil”. Bu “hüquqçu təsisat” ölkəmizə münasibətdə hər zaman “fərqli standart”dan çıxış edir. Bu dəfə də ənənəvi qərəzli yanaşmanın şahidiyik...
Məsələnin mahiyyətinə keçməmiş bildirmək yerinə düşər ki, faktiki olaraq Dövlət Departamentinin strukturu sayılan “Freedom House”un “mövqeyi” təmsil etdiyi ölkənin siyasi xətti ilə uzlaşmır. “Freedom House”un irəli sürdüyü “ittihamlar”ın əksəriyyəti ABŞ-ın regionla bağlı siyasəti ilə uzlaşmır - bu barədə bir az sonra. İndiki məqamda isə, ikili standarta əsaslanan “hesabat”ın bəndlərinə nəzər saldıqda açıq qərəz, boş ittiham, yalan mövqe və şər-böhtan bütün mənalarda özünü büruzə verir.
Azərbaycan internet istifadəçilərinin sayına görə...
“Freedom House”un budəfəki hesabatı da mahiyyət etibarı ilə özündən əvvəlkilərdən fərqlənmir. Təşkilatın rəsmi saytına istinadən yeni hesabatda iddia edilir ki, “Azərbaycan hökuməti müntəzəm olaraq internet bağlantılarını məhdudlaşdırır və hökuməti tənqid edən media orqanları da daxil olmaqla, veb saytları bloklayır”.
Heç bir əsası olmayan bu iithamlar yalnız boş taftalogiya və cəfəng böhtandır. Azərbaycan bu gün internet istifadəsinə görə dünyada ən öncül sıralarda yer alan dövlətlərdəndir. Əhalinin hər 10 nəfərinə düşən internet istifadəçilərinin sayı əgər 2019-cu ildə 81 nəfər idisə, bu göstərici 2023-cü ildə 89 nəfərə çatıb. Bu isə həm regionda, həm də qlobal coğrafiyada ən yaxşı göstəricilərdən sayılır.
Azərbaycanda internetin məhdudlaşdırılmasından isə söhbət belə gedə bilməz -ölkədə sosial şəbəkələrdə aktivlik kifayət qədər yüksəkdir. Fərqli fikrə, fərqli siyasi dünyagörüşünə malik insanlar internetdən azad şəkildə istifadə edirlər. nəzərə alsaq ki, hətta bəzi radikal müxalifət nümayəndələri xarici ölkələrdə realaşan bəzi tədbirlərə onlayn şəikldə qoşulurlar, bu özüə də ölkəmizdə kəsintisiz internetin olduğunu təsdiqləyən vasitələrdən biridir.
O ki qaldı, hökuməti tənqid edən media orqanları da daxil olmaqla, veb saytların bloklanmasına, bu da qərəzli mövqedir, böhtandır. Azərbaycanda media orqanlarının fəaliyyətinə hər zaman stimul verilir. Hətta veb-saytların inkişafı üçün dövlət müvafiq strukturlar üzərindən onların sosial vəziyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atırlar. Bu proses şəffaf və demokratik şəkildə reallaşır. Bu mənada, “Freedom House” irəli sürdüyü iddiaların yalan olması bütün rakusrslardan öüzün biruzə verir.
Hüquqi dövlət anlayışını qavramayanlar...
Maraqlıdır ki, Rusiyanın bəzi anti-Azərbaycan mövqeli xəbər agentliyinin və saytlarının bloklanmasını “əlində əsas” tutmağa çalışan “Freedom House” bu məsələdən “narahatlıq” keçirib. Ən maraqlı “iddialardan” biri də xaricdəki “söyüş müxalifəti”nin Azərbaycan Baş Prokurorluğuna çağırılmasına reaksiyadır - “Freedom House” bütün prinsiplərinə arxa çevirərək dövlət əleyhinə çağırışlar edənləri “hökuməti tənqid edən şəxslər” adlandırır, bunu “təzyiq kimi qiymətləndirir.
İlk növbədə vurğulanmalıdır ki, Azərbaycan hüquqi dövlətdir və bütün prinsiplər, bütün məsələlər məhz qanun, hüquq çərçivəsində tənzimlənir. Bu mənada, ölkədə hər hansı qurumun və ya saytın fəaliyyətinin məhdudlaşdırılması birbaşa məhkəmə qərarına əsaslanır. Məhkəmə isə bu prosesi faktlara və dəlillərə əsaslanaraq aparır, qərar qəbul edir. Maraqlıdır ki, “Freedom House”un təmsil olunduğu ölkədə bu proses necə inkişaf edir - yəqin ki, orada da qanunu pozanın kim olmasından asılı olmayaraq onlara qarşı müvafiq ölçülər götürülür. Bəli, Azərbaycanda da bu belədir -qanunun pozulduğu anda hüquq işə düşür və lazımi qərar qəbul olunur.
O ki qaldı, bəzi xaricdə oturan şəxslərin Azərbaycan Baş Prokurorluğuna çağırılmasına, burada da əlavə reaksiya yersizdir. Azərbaycan Baş Prokurorluğunun çağırışı da qanun çərçivəsindədir və bu müəyyən hüquqi prosedurlarla bağlıdır. Buna don geyindirmək isə məhz “Freedom House” kimi qərəzli təşkilatların işidir. Axı, həmin şəxslərdən əlavə də Baş Prokurorluğu dəvət edilən şəxslər var, müəyyən hüquqi prosudurlar həyata keçirilir - nə üçün Freedom House” məhz bu şəxslərin çağırılmasına reaksiya göstərir? Demək ki, ortada qərəz və fərqli maraqlarlar mövcuddur...
“Freedom House” öz ölkəsinin mövqeyinə qarşı...
“Freedom House”un ən “gül vurduğu” məqam isə “1994-cü ildən de-fakto müstəqillik əldə etmiş etnik erməni anklavı” adlandırdığı işğala haqq qazandırmasıdır. Bu “hüquq müdafiəçisi” erməni əhalinin könüllü köçüb getməsində yenidən Bakını günahlandırmağa çalışıb.
Birincisi, Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması istiqamətində sülh prosesinin ən vacib addımı məhz Vaşinqtonda atılıb - bu ilin avqustunda ABŞ-ın ev sahibliyi ilə iki ölkə arasında sülh sazişi layihəsinin paraflanması ilə bağlı razılaşma əldə edilib. Həmin sülh sazişi layihəsində isə bütün detallar qeyd edilib - “Freedom House”un ortaya qoyduğu mövqe bu mənada heç də təmsil etdiyi ölkənin maraqları ilə uzlaşmır. “Freedom House”unun mövqeyi daha çox erməni lobbisinin “arzularını” özündə ifadə edir. bu isə yolverilməzdir. Hüquqi prosesləri, beynəlxalq ədaləti hansısa lobbi maraqlarına qurban vermək adını “müdafiə təşkilatı” qoymuş “Freedom House”a “yaraşmır”.
Digər tərəfdən, maraqlıdır ki, “Freedom House”un nə üçün işğalın davam etdiyi 30 il ərzində prosesi susqunluqla izləyib - hər hansı bir reaksiya verməyib. Bu gün ermənilərin könüllü şəkildə getməsini “qlobal kədərə” çevirmək istəyən “Freedom Housen nə üçün azərbaycanlıların zorla, ölüm təhdidi ilə, ayaqyalın, başıaçıq öz ev-eşiklərindən didərgin salınmasına göz yummuşdu? Bu isə “Freedom House”un qərəzli olduğunu ortaya qoyan növbəti fakt kimi ön plana çıxır...
Türkiyə hədəfə alınır, Ermənistan isə...
“Freedom House”un qərəzli olması tək Azərbaycana münasibətlə məhdudlaşmır - maraqlıdır ki, eyni mövqe Türkiyəyə qarşı da nümayiş etdirilir. Amma buna paralel olaraq Ermənistana münasibətdə olduqca yumşaq bir “ritorika” seçilir. Gözdən pərdə asmaq üçün Ermənistana qarşı yönələn “tənqidlər” isə ikibaşlı məna daşıyır. Hətta Ermənistana qarşı olan iddialarda belə Azərbaycan hədəf alınıb. “Ermənistanın son illər Azərbaycanın hərbi təzyiqindən ciddi şəkildə təsirləndiyi” qeyd edilib.
Əslində, “Freedom House”un öz imicini korlamış, heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir quruma çevrilməsi yeni xəbər deyil - bundan əvvəlki “hesabatlarda” ortaya atılan iddalar, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinin qlobal diqqətin hədəfə alınması, guya ölkəmizdə milli-dini ayrı-seçkiliyin olması və bu kimi gülünc ittihamlar onu göstərir ki, təşkilat Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirir. “Freedom House”un qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını bir daha təsdiqləyir. Bu artıq erməni təssübkeşliyi deyil - bunun adı vəzifəsini, məsuliyyətini, birbaşa məramını və məqsədini “unutmaq”, satmaq, siyasi dəyənəyə çevrilməkdir. “Freedom House” bu kimi addımları ilə tək özünü deyil, təmsil etdiyi ölkənin və strukturun da imicini zərbə altına qoymuş olur...
P.İSMAYILOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 20 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















