Icma.az
close
up
RU
COP29 məğlubiyyətinə düçar olan “Freedom House”...

COP29 məğlubiyyətinə düçar olan “Freedom House”...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hücum kampaniyaları iflasa uğrayan anti-Azərbaycan mərkəzlər “ənənəvi” yola qayıdır

Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinin qlobal diqqəti cəlb etməsi antimilli mərkəzlərin bütün planlarını “suya düşürüb”. Hələ aylar öncə fərqli istiqamətlər, fərqli mövzularla Azərbaycana qarşı təzyiq kampaniyası təşkil etməyə çalışanlar heç nəyə nail ola bilmədilər - dünyanın 200-ə yaxın ölkəsindən nümayəndə heyətləri ölkəmizdəki qlobal iqlim dəyişikliyinə qarşı mübarizə müzakirələrinə qatıldı. Davam edən tədbir çərçivəsində bəşəriyyəti maraqlandıran, işıqlı və təmiz gələcək üçün zəruri sayılan problemlər qaldırılır, onun həll yolları araşdırılır.                                                                                                            

Beləliklə, hər hansı bir “uğurlu nəticə” göstərə bilməyən ermənipərəst mərkəzlər yenidən “ənənəvi” sayılan mövzulara “geridönüş” edir. Bir zamanlar “azad media”, “insan haqları”, “vətəndaş cəmiyyəti” və bu kimi özünəməxsus izah verdikləri fərqli adlarla aparılan hücum kampaniyaları son 4 ildə yeni “istiqamət qazanıb”. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə, antiterror tədbirlərində qazanılan uğur anti-Azərbaycan mahiyyətli mərkəzlər üçün “yeni mövzu” “yaradıb”.

Bəli, ölkəmiz son 4 ildə bölgədə yeni siyasi-iqtisadi mənzərə formalaşdırıb, o cümlədən beynəlxalq aləmdə tolerantlıq məkanı kimi tanınır, mühüm beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib, ən əsası isə beynəlxalq hüquqa və demokratik prinsiplərə sədaqət nümayiş etdirir - bu fakt ermənilərin havadarı qismində çıxış edən “Freedom House” kimi özünü “demokratiya keşikçisi” qismində təqdim edən, əslində isə milli dövlətlərə qarşı səlib yürüşü aparanların oyuncağına çevrilmiş təşkilatların “ürəyincə deyil”. Bu təsisat ölkəmizə münasibətdə hər zaman birmənalı şəkildə “ermənipərəst standart”dan çıxış edir. Bu dəfə də ənənəvi qərəzli yanaşmanın şahidiyik...

Başı COP29 “daşına”dəyənlər...

Vurğulandığı kimi, COP29-la bağlı hücum kampaniyaları iflasa uğrayan ermənipərəst xorun “solistlərindən” sayılan “Freedom House” özünün “hesabatlarında” əsl reallıqları təhrif edir, absurd və qondarma iddialar irəli sürür, açıq erməni yandaşlığı nümayiş etdirir. Qurumun absurd şəkildə irəli sürdüyü “Dağlıq Qarabağ” ermənilərinə qarşı qəsdən etnik təmizləmə kampaniyası” və ya “demokratik ölkələrə Bakıya qarşı sanksiyalar tətbiq etmək” çağırışları çabaladıqca batmağa bənzəyir - bu kimi iddialarla “Freedom House” özünü daha çox ifşa edir, hansı “yuvanın quşu” olduğunu aşkar şəkildə ortaya qoyur. “Freedom House” bu dəfə beynəlxalq ictimaiyyəti Azərbaycanın “artsax sakinlərinin təhlükəsizlik zəmanəti altında “Dağlıq Qarabağa” qayıtması üçün şərait yaratmasını təmin etməyə” çağırıb. Halbuki...

Yalan iddia, absurd ittiham...

Bəli, həm mövqe, həm yanaşma, həm də qənaət ortadadır. “Freedom House”un bu dəfəki yanaşması da əvvəlkilər kimi şər-böhtandan uzağa getmir. Hər zaman olduğu kimi, subyektivliyə və qərəzə söykənən “hesabat”larda əsl həqiqət təhrif olunur, yalan, böhtan önə çıxarılır. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi bu təşkilatı niyə bu qədər incidir, maraqlısı budur.

“Freedom House” və onun “başbilənləri” əsl həqiqəti bilirlər - onlar anlayırlar ki, Azərbaycan 4 ildir özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bütün dünya, beynəlxalq aləm hüquqi və tarixi ədalətin bərpasını - Qarabağın erməni işğalından azad edilməsini, separatizmdən qurtulmasını dəstəkləyib. Azərbaycan atdığı bütün addımlarda, apardığı bütün siyasi fəaliyyətdə yalnız və yalnız beynəlxalq hüquqa əsaslanıb. “Freedom House” təşkilatının addımbaşı “önə çıxartmağa” çalışdığı “Dağlıq Qarabağ” adlı inzibati ərazi isə Azərbaycanda yoxdur. Ölkəmizdə Qarabağ iqtisadi rayonu var. “Freedom House” kimi bütün kartları açılmış “təşkilatların” nəyi necə adlandırması heç nəyi dəyişmir. 

Qarabağı öz xoşu ilə könüllü şəkildə tərk etmiş ermənilərə isə sərbəst şəkildə seçdikləri kimi yaşamaq, köçmək üçün tam rahat, təhlükəsiz şərait yaradıldı - Azərbaycan həmin ermənilərə Azərbaycan qanunları çərçivəsində yaşamağı da təklif etmişdi, amma onlar könüllü şəkildə getməyə üstünlük verdilər. Bu da onların seçimidir və biz onların seçiminə təsir göstərməmişik.

“Freedom House”u incidən əsl “mətləblərdən” biri də məhz budur - Ermənistanın belə “qaçqın” kimi tanımadığı şəxslərə “Freedom House” “xüsusi imtiyaz”, “status” tanıyır.

“Freedom House” həqiqəti bilir, amma gizlətməyə çalışır...

Əslində, yaxşı olardı ki, Azərbaycana münasibətdə ikili standartlara müraciət edən təşkilat öz hesabatlarında Ermənistanla bağlı həqiqətləri əks etdirsin - bu ölkənin Konstitusiyasında Azərbaycanın ərazilərinə qanunsuz və əsassız iddialar yer almaqdadır. 30 ilə yaxın bölgədə sabitliyə təhdid olan Ermənistan bu gün də yalançı iddialarından əl çəkmək istəmir və regionda əbədi sülhün formalaşmasına maneçilik törədir. Yaxşı olardı ki, “Freedom House” beynəlxalq hüquq müdafiəçisi qismində bu amilə diqqət yetirərdi.

Amma görünən budur ki, ermənipərəst maraqların əsirinə çevrilmiş “Freedom House” da digər anti-Azərbaycan mərkəzlər, hətta dövlətlər kimi ölkəmizə qarşı şər-böhtandan əl çəkmək niyyətində deyil. Bu təşkilat unudur ki, Azərbaycanı bu kimi yalanlarla və ya qərəzlərlə tutduğu ədalətli yoldan çəkindirmək mümkün deyil. Ortada bir fakt var - bu kimi addımlarla, öz imicini erməni maraqlarına qurban verməklə “Freedom House heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir qurum olduğunu bir daha nümayiş etdirir. COP29-la bağlı “burnu” ovulanların yenidən köhnə ampluada ölkəmizə qarşı hücum təşkil etməsi onların əsl kimliyini bütün dünyaya nümayiş etdirir...

UNESCO-nun “məqsədi” bəllidir...

“Freedom House” Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin “həyasız və arqumentsiz vəkili” olduğu kimi, ölkəmizə qarşı absurd iddialar irəli sürməkdən də çəkinmir. Onlar iddia edirlər ki, guya Qarabağda “erməni tarix və mədəniyyət abidələri” dağıdılır. Hətta təşkilat utanmadan çağırış belə edir: “Ölkələrin səyləri həmçinin UNESCO və digər təşkilatların müstəqil monitorinq missiyaları həyata keçirmək üçün “artsax”a girişinin təmin edilməsinə yönəldilməlidir”.

“Freedom House”-a bir xatırlatma edək ki, hələ ötən ilin noyabrında UNESCO-ya Ağdamdan keçməklə Xankəndinə getmək və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almaq təklif edilmişdi. Lakin qarşı tərəf bununla razılaşmamış və birbaşa Xankəndinə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildirmişdi. Bu isə “Freedom House”un şəriklərindən olan UNESCO-nun da əsl simasını ortaya çıxaran bir faktdır - özünü tərəfsiz, bəşəri dəyərlərin daşıyıcısı “elan etmiş” beynəlxalq təşkilatın bu kimi davranışları onun haqqında əsl həqiqəti ortaya qoyur. Ağdam erməni vandalizminin o dərəcədə qurbanı olub ki, “Qafqazın Xirosiması” adını alıb. Amma UNESCO Ağdama gəlməkdən imtina etmişdi - çünki Ağdama gələcəyi təqdirdə dağıdılan abidələri, talan edilən qəbirstanlıqları, təhqir edilmiş məscidləri, minalanmış əraziləri görmüş olacaqdı.

2020-ci il Vətən müharibəsindən az sonra demək olar ki, bütün təşkilatlara, eynilə “Freedom House”a da işğaldan azad edilmiş regionlara gəlmək, həqiqətləri yerində araşdırmaq təklif edilmişdi - həmin vaxt da bir çox təşkilatlar bu dəvətdən imtina etmişdilər. Səbəb isə bəllidir - erməni barbarlığının qurbanına çevrilmiş faktlar onların “təbliğ etdikləri” yalanlarla tərs mütənasiblik təşkil edir.

Bu artıq erməni təssübkeşliyi deyil - bunun adı vəzifəsini, məsuliyyətini, birbaşa məramını və məqsədini “unutmaq”, satmaq, siyasi dəyənəyə çevrilməkdir. “Freedom House” bu kimi addımları ilə tək özünü deyil, təmsil etdiyi ölkənin və strukturun da imicini zərbə altına qoymuş olur...

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see373

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see249

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see239

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see229

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see218

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see213

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see211

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see210

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see208

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see208

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see205

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see200

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see199

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see199

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see189

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see187

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see182

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see167

Nyu Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

27 İyul 2026 03:44see157

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri