Icma.az
close
up
RU
“Freedom House” çeynəməyə saqqız tapmır...

“Freedom House” çeynəməyə saqqız tapmır...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Təşkilat eyni hesabatı 1 ildə 3-cü dəfə yayıb

Noyabrın 11-də, Bakıda COP29 konfransı işə başlayan gün “Freedom House” təşkilatı anti-Azərbaycan ruhlu yeni hesabatını yayıb. “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı hesabatda iddia olunur ki, guya, Azərbaycan 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi birgünlük anti-terror tədbirləri zamanı “beynəlxalq prinsipləri pozub, dinc ermənilərə qarşı etnik təmizləmə həyata keçirib”.

İttiham o qədər gülüncdür ki, Azərbaycandan daha çox “Freedom House” təşkilatının özünü hədəfə gətirir. Onun fəaliyyəti haqqında şübhələrə yol açır. Çünki, 19-20 sentyabr tarixlərində həyata keçirilmiş anti-terror tədbirləri bütün dünyanın gözü qarşısında baş verib. Bu tədbirlər erməni əsilli mülki əhalini deyil, qanunsuz hərbi birləşmələri, terrorçu dəstələri, separatçı liderləri hədəf seçib. Bu gün “Freedom House” və onun tərəfdaşlarının “Qarabağın siyasi liderləri” adlandırıb müdafiə etdiyi, sərbəst buraxılmasını istədiyi şəxslər, əslində, “separatçı hərəkata rəhbərlik etmiş fiqurlar”dır. Paralel olaraq, müharibə cinayətkarlarıdır. Onlar on minlərlə azərbaycanlını qətlə yetirib, həyatını bitiriblər. Bir o qədər insanı əsir, girov götürüblər. Yüz minlərlə insanı köçkün salıblar. Məhz bu əməllərinə görə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə, həmçinin 2023-cü ilin anti-terror tədbirlərinin gedişində cəzalandırılıblar. Həbs olunaraq Bakıya gətiriliblər və hazırda mühakimə olunurlar.

Həmin separatçı, terrorçu dəstə cinayətlər törədəndə “Freedom House” və tərəfdaşları susublar. Erməni separatçıların hərəkətlərini pisləyən heç bir bəyanat verməyiblər, hesabatlar hazırlayıb yaymayıblar. 30 il müddətində “separatçı liderlər” tərəfindən törədilən cinayətləri görərək susan, 100 minlərlə azərbaycanlının əsir, gorov götürülməsinə, qətlə yetirilməsinə, yurd-yuvasından didərgin salınmasına baxıb səsini çıxarmayan “Freedom House” təşkilatı indi birdən-birə fəallaşırsa, son 4 ildə “müharibə cinayətləri”ndən danışırsa, deməli, ortada başqa məqamlar, başqa meyarlar vardır.

Diqqət yetirsək eyni tendensiyanı “Freedom House” ilə yanaşı, özünü “insan haqlarının müdafiəçisi” elan etmiş beynəlxalq statuslu digər təşkilatların da fəaliyyətlərində görə bilərik. “Human Rights Watch”, “Amnesty International” qismində təşkilatlar da ötən 1 il ərzində tərtib etdikləri qondarma hesabatlarda “Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qaldığını” iddia ediblər.

Təcrübə göstərir ki, Qərbi Avropa dövlətlərində, xüsusilə, ABŞ, Fransa və digər ölkələrin ərazisində mənzillənmiş “insan haqları müdafiəçiləri”nin, “beynəlxalq statuslu jurnalist təşkilatları”nın, transmilli KİV-in “müstəqilliyi”, “prinsipiallığı” barədə deyilənlər reallığı əks etdirmir. Bu gün “Freedom House” həmçinin onun tərəfdaşları qismində çıxış edən “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Repartyorlar” Təşkilatının, “Amerikanın səsi”, “Azadlıq Radiosu”nun fəaliyyəti ABŞ Dövlət Departamentindən, ABŞ Kongresindən, Avropa İttifaqı Şurasından, Fransa Senatından və digər siyasi mərkəzlərdən alınan tezislərə uyğunlaşdırılır. Onlar Qərb siyasi çevrələrinin qərarlarının icraçısına çevriliblər. Qərbin siyasi ambisiyalarına boyun əyməyən dövlətləri hədəfə alıb, ictimai qınaq obyektinə çevirirlər. ABŞ-nin, Avropa İttifaqı Şurasının hədəfdə olan dövlətlərə qarşı sanksiyalar tətbiq etmələri üçün zəmin hazırlayırlar. Onların indiki halda Azərbaycanda “etnik ayrı-seçkilik” mövzusunu gündəmə gətirmələri, “Qarabağın siyasi liderlərini” sərbəst buraxmağa çağırmaları, “Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qaldıqlarını” iddia etmələri təsadüfi deyil.

Son iki ay ərzində ABŞ Konqresində, AŞPA-da, Avropa Parlamentində, Fransa Senatında cərəyan edən proseslərə, anti-Azərbaycan xarakterli bəyanatlara xronoloji ardıcıllıqla baxsaq, onda “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Repartyorlar” Təşkilatının, “Amerikanın səsi”, “Azadlıq Radiosu”nun fəaliyyəti üzrə yaranan suallara da aydın cavab tapa bilərik. Oktyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycan üzrə dinləmələr keçirilməsi, bu dinləmələr fonunda “Bakıda həbsdə olan Qarabağın siyasi liderlərinin işgəncəyə məruz qalması” barədə iddianın səsləndirilməsi nə qədər absurddursa, “Freedom House” təşkilatının son hesabatı da bir o qədər anlaşılmazdır. ABŞ Konqresinin 58 nəfər üzvünün ABŞ-nin dövlət katibi Antoni Blinkenə məktub yazaraq COP29 ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırması, “Bakıda saxlanılan Qarabağ liderlərininin azadlığa buraxılması”nın istənilməsi nə qədər müəmmalıdırsa, “Freedom House” təşkilatının son hesabatı da bir o qədər qaranlıqdır.

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə” də büsbütün eyni ruhdadır. Onlar da Bakıda həbsdə saxlanılan Qarabağ separatçılarını “insan haqları”, “etnik azlıqların hüquqları” kontekstində müdafiə edirlər.

Avropa Parlamentinin, AŞPA-nın, ABŞ Konqresinin bu siyasəti fərqli formatlarda “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”un fəaliyyətində davam etdirilir, eyni hədəflərə xidmət edir. COP29-la əlaqədar Azərbaycana təzyiq göstyərmək, hansısa güzəştlərə nail olmaq niyyəti güdür. Nəzərə almaq zəruridir ki, COP29 Konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geopolitik savaş oyunçularına xoş gəlmir. Onlar “Freedom House” qismində təşkilatları aktivləşdirərək, COP29-la bağlı təxribat formalı təbliğat həyata keçirirlər.

Amma reallıq budur ki, heç bir nəticə əldə edə bilmirlər. Onların təxribatlarına rəğmən, COP29 baş tutdu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyanın 169 ölkəsindən 72 min nəfər COP29-a qeydiyyata düşüb, Bakıya gəlirlər. Belə durum “Freedom House” və onun yandaşlarını çaşqın duruma salıb. Sözləri bitib, “arqumentləri” tükənib. Çaşqın duruma düşdükləri barədə təsəvvür yaratmaq üçün bircə fakta diqqət yetirək. “Freedom House” indiki hesabatını 2024-cü il ərzində 3-cü dəfə təkrarən yayıb. 2024-cü il aprelin 10-da, 2024-cü il iyulun 2-də və 2024-cü il noyabrın 11-də yayımlanmış hesabatın mətnini yanaşı qoyub müqayisə etsək, görərik ki, nöqtə-vergülünə toxunmadan yayılmış təkrar hesabatdır. Görünən budur ki, məğlubiyyətlərini həzm edə, eyni zamanda, tənqid üçün tezis də tapa bilmirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri