Icma.az
close
up
RU
Frigidlik (cinsi həvəsin olmaması). SƏBƏBLƏR, MÜALİCƏ

Frigidlik (cinsi həvəsin olmaması). SƏBƏBLƏR, MÜALİCƏ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Frigidlik və ya seksual disfunksiya dedikdə, qadında libidonun və ya seksual cəzbetmənin, səciyyəvi seksual duyğularıın və ya orqazmın tam olaraq olmaması və ya azalması (cinsi soyuqluq) başa düşülür.

Ayrı-ayrı frigidlik hallarında cinsi yaxınlığa tam olaraq biganəlik müşahidə oluna bilər.

Frigidliyin səbəbləri

Frigid qadın üçün onun həyatının seksual tərəfi heç bir maraq kəsb etmir. Cinsi aktın özü də onda heç bir emosiya yaratmır, hətta onun heç xoşuna gəlməyə də bilir. Belə qadının erogen zonaları həssas olmur, onun aktiv şəkildə stimulyasiyası heç bir effekt vermir, oyanma halı yaranmır.

Frigidlik xəyali və həqiqi ola bilər.

Sonuncu patologiyadır və seksual həssaslığın anadangəlmə zəif inkişafı fonunda nadir hallarda (dünyadakı qadınların cəmi 7%-də) rast gəlinir.

Həqiqi frigidlik kişi ilə intim yaxınlığa həvəsin, cinsi təmas zamanı spesifik seksual reaksiyaların olmamasında, habelə emosional həzzin olmamasında öz ifadəsini tapır. Bütün bunlar qadının iradəsi və istəyindən asılı olmayaraq baş verir. Bu arada seksual əlaqələrə tam olaraq marağın olmaması kişinin xoşuna gəlmək istəyi ilə müşayiət oluna bilər.

Əksər hallarda fizioloji və psixoloji səbəblərdən yaranan xəyali frigidliyə rast gəlinir. Çox vaxt bu xəstəlik bir neçə amilin (somatik, psixi, mikrososial) təsiri altında inkişaf edir. Frigidlik çox vaxt psixopatiyaların, endogen psixozların, xarakterin aksentuasiyaları (xarakterin parlaq əlamətləri - bu, qəti mövqeyi olmayan, xoflu, utancaq, mənfi emosiyaların fiksasiyasına meylli olan qadınlardır) fonunda yaranır.

Frigidliyin inkişafına nədən yarada bilər?

- Alkoqol və narkotiklərdən çoxlu istifadə edilməsi ;
- Əvvəl kobud şəkildə həyata keçirilmiş deflorasiya fonunda inkişaf edən psixi zədələr;
- Cinsi əlaqə zamanı ağrılar;
- Hamilə qalmaq və ya konkret partnyorla əlaqədə ifşa olunmaq qorxusu fonunda seksual yaxınlıqdan qorxma;
- Fiziki olaraq partnyora qarşı ikrah hissi;
- Diqqətin orqazmın olmamasında həddindən artıq cəmləşdirilməsi, habelə hər etiologiyalı (yorğunluq, asteniya, tükənmə, orqanizmin uzun müddət fiziki və ya əqli gərginlik qabiliyyətinin zəifləməsi və ya itirilməsi) astenizasiya (gücsüzlük, zəiflik);
- “Yaxşı vaxtda” emosional laqeydlik:
- Depressiv, narahatlıq halı və bəzi digər psixi pozğunluqlar.
- Frigidliyin yaranmasında müxtəlif xarakterli stresslərin - həddindən artıq yorğunluq, endokrin pozğunluqlar, orqanizmdə hormonal pozğunluqlar, intoksikasiyalar, ginekoloji xəstəliklər) də əhəmiyyəti böyük olur.
- Bu xəstəliyin inkişafına neyrohumoral əhəmiyyətli pozğunluqlar (məsələn, beyin strukturlarının dərin zədələnməsi, androgen çatışmamazlığı, yumurtalıqların disfunksiyası) və sinir sisteminin seqmentar zədələri (şiş, zədə və ya başqa mənşəli) də səbəb ola bilir. Bunun nəticəsində həssaslıq pozulur, səciyyəvi seksual və orqazm duyğuları itirilir.
- Bəzi hallarda frigidlik cinsi orqanların inkişafında anadangəlmə çatışmamazlıqların, çanaq dibinin əzələlərinin zəifliyi, venaların kifayət qədər qanla dolmaması, iltihab xəstəliklərinin nəticəsi ola bilir. Bunlar cinsi yaxınlığın həyata keçirilməsini çətinləşdirir.

Frigidliyin simptomları və təzahürləri nədir?

Bəziləri hesab edir ki, frigidlik intim yaxınlıq zamanı orqazmın olmamasıdır. Lakin bu, səhv fikirdir. Axı qadınlarda orqazm fərdidir. Frigidlik fərqli təzahür edə bilir: bəzi qadınlarda yaxınlıq özü xoşagəlməz duyğular yaradır, lakin onlar buna qadın öhdəliyi kimi yanaşır; digər qadınlarda seks mötədil xoş duyğular yaradır, üçüncüləri orqazmı yalnız yuxuda hiss edə bilir. Çox vaxt qadında orqazmın olmamasını onu təmin etməyə qadir olmayan partnyorun savadsızlığı ilə əlaqələndirirlər. Əvvəllər hesab olunurdu ki, frigid qadınlar olmur, bacarıqsız kişilər olur. Indi isə bunun əksi öz təsdiqini tapmışdır: bu gün frigid qadınlar yoxdur, savadsız, tənbəl və təcrübəsiz kişilər var.

Bir çox qadınlar qeyd edirlər ki, masturbasiya prosesində onlar daha çox həzz alırlar, nəinki bilavasitə cinsi akt zamanı. Statistikaya görə, cinsi həyata başlamazdan əvvəl masturbasiya ilə məşğul olan qadınlar arasında frigidliyə bunu etməyən qadınlarla müqayisədə üç dəfə az rast gəlinir. Bu, orqazm keçirmək təcrübəsinin meydana gəlməsi ilə izah olunur.Qadınların təxminən yarısında olduqca erogen zona klitordur, uşaqlıq yolunun isə həssaslığı belə qadınlarda az olur.Bu qadınlar qeyd edirlər ki, orqazmı yalnız partnyor əlavə olaraq barmaqlarının köməyi ilə klitoru həvəsləndirdikdə, hiss edirlər. Seksual razılığın olmaması problemini həll etməkdə yalnız partnyorların bir-biri ilə səmimi söhbətləri köməklik edə bilər. Bu zaman onlar onların hər birinə ən yüksək həzz verən cinsi yaxınlıq məqamlarından söhbət açmalıdırlar. Əsas məsələ utanmamaq və özünü tam sərbəst hiss etməkdir. Bundan başqa, tərbiyənin də rolu böyükdür. Qız uşağında seksuallığın düzgün formalaşması üçün anadan olduğu ilk üç ildə ana ona mümkün qədər çox diqqət yetirməli və nəvaziş göstərməlidir. Qadının həyatında orqazmın olmaması onun sağlamlığına, xüsusən də psixi sağlamlığına təsir göstərir, qıcıqlanmaya, tez-tez baş ağrılarına, vaxtından tez qocalmaya səbəb olur. Qadın frigidliyi kişinin də psixikasına mənfi təsir göstərir. Bu fonda kişidə potensiyanın zəifləməsinə səbəb olan psixoloji problemlər yarana bilər.

Frigidliyin diaqnostikası

Bu xəstəliyin diaqnostikası yalnız təcrübəli həkim-seksoloq tərəfindən qadının müayinəsi əsasında qoyulur. Fiziki xarakterli səbəbləri istisna etmək lazım gəldikdə, bu xəstəliyin gizli səbəblərini aşkar etmək üçün ginekoloqun, endokrinoloqun və psixoloqun məsləhətlərinə ehtiyac ola bilər.

Frigidliyin müalicəsi

Bu vəziyyət korreksiyası mümkün olmayan anadangəlmə defekt yox, xəstəlik hesab edildiyindən, frigidlik müvafiq müalicə tələb edir.  Xəstəliyin fiziki səbəbləri olduqda, müalicə onların aradan qaldırılmasına yönəlir.

Psixoloji pozuntuların nəticəsi olan frigidliyin müalicəsinə vaxt və qadının istəyi lazımdır. Bu zaman qadında həkimə inamın olması, qadının kişiyə məhəbbət sığalı çəkməyə və belə sığalı almağa hazır olması mühüm əhəmiyyət kəsb edir. Çox vaxt xəstəliyin aradan qaldırılması üçün intim yaxınlıq üçün şəraitin dəyişdirilməsi, romantik ab-hava, gözəl musiqi, birgə istirahət, yaraşıqlı yataq, erotik alt paltarı, erotik filmlərə birlikdə baxmaq yetərli olur. Bu zaman cütlüyün qarşılıqlı inamı, bir-birinə məhəbbətini qoruyub saxlaya bilməsi, təmkinli olması mühüm əhəmiyyətə malikdir.

Lazım gəldikdə, hər iki partnyor üçün psixoloji müalicə, dərman preparatları və s. təyin edilir.

Samirə Tağıyeva, ginekoloq

Ginekoloq.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri