Icma.az
close
up
RU
FT: Aİ Rusiya ilə nüvə əlaqələrini kəsməyə çalışır

FT: Aİ Rusiya ilə nüvə əlaqələrini kəsməyə çalışır

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) bu həftə Rusiyadan idxal olunan qazıntı yanacaqların tamamilə dayandırılmasına yönəlmiş hüquqi tədbirləri açıqlayacaq. Lakin daha az əhəmiyyətli görünsə də, texniki baxımdan daha mürəkkəb olan – Rusiya nüvə texnologiyalarından imtina planları hələlik təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, Brüssel mərkəzli "Bruegel” analitik mərkəzinin məlumatına görə, 2024-cü ildə Aİ-nin Rusiyaya etdiyi ümumi enerji ödənişləri 22 milyard avro təşkil edib. Bunun cəmi 700 milyon avrosu nüvə yanacağına aiddir. Lakin rəsmi şəxslər xəbərdarlıq edirlər ki, Moskva tədarükü qəfil dayandıracağı təqdirdə, Aİ-nin enerji təhlükəsizliyi ciddi təhlükə ilə üzləşə bilər.

Hazırda Aİ-də ümumilikdə 101 nüvə reaktoru fəaliyyət göstərir və onların 19-u sovet dövründə hazırlanmış VVER tipli texnologiya ilə qurulub. Avropa İttifaqı, Rusiyadan təbii, emal olunmuş və zənginləşdirilmiş uran tədarükü ilə nüvə yanacağı ehtiyacının 20-25%-ni qarşılayır. Avropa reaktorlarının bir çoxu rus istehsalı ehtiyat hissələri alır və ya texniki xidmət üçün Rusiyaya ehtiyac duyur.

Avropa Komissiyası Aİ-nin nüvə sektorunun 2030-cu ilə qədər Rusiya asılılığından tamamilə azad olunmasını istəyir. Lakin cümə günü yayımlanan sənəddə qeyd olunub ki, nüvə sahəsində daxili təchizat zəncirinin yaradılması üçün təqribən 241 milyard avroluq sərmayə tələb olunur.

Nüvə sənayesində Rusiyanın üstün mövqeyi xüsusi narahatlıq doğurur. "Rosatom” bu sahədə dünya miqyasında fəaliyyət göstərən ən iri şirkətlərdən biridir. Bunu nüvə məsələləri üzrə ekspert, "Bellona” qeyri-hökumət təşkilatının məsləhətçisi Dmitri Qorçakov bildirib.

Nüvə enerjisinə marağın Avropada yenidən artması, iqlim dəyişikliklərinə qarşı iddialı hədəflərə çatmaq istəyi ilə izah olunur. Bu isə təchizat zəncirlərinə təzyiqləri daha da artırır.

Rusiya texnologiyasından tədricən imtina planları isə ciddi müqavimətlə qarşılaşır. VVER reaktorlarına sahib olan beş Aİ ölkəsindən ikisi – Macarıstan və Slovakiya bu dəyişikliyə qarşı çıxır. Digər üç ölkə isə Çexiya, Bolqarıstan və Finlandiyadır.

Aİ 2022-ci ildən bəri uran tədarükünü şaxələndirmək üçün Qazaxıstan, Kanada və Niger kimi ölkələrlə əməkdaşlığı genişləndirir. Lakin uran istehsalında dünyada yeddinci yeri tutan Nigerdəki siyasi sabitliksizlik Avropa rəsmilərini narahat edir. Eyni zamanda digər qlobal oyunçularla rəqabət də idxal təhlükəsizliyi məsələsində təzyiqləri artırır.

Rusiyanın zənginləşdirilmiş uran bazarındakı payı da əhəmiyyətlidir – bu ölkə dünya üzrə zənginləşdirmə imkanlarının 55%-nə sahibdir. Avropanın "Orano” və "Urenco” şirkətləri isə birlikdə təqribən 40%-lik gücə malikdir, bu sahədə Rusiya və Çin şirkətləri ilə rəqabət aparırlar.

Sovet dövründə qurulmuş reaktorların saxlanması da xüsusi problemlər yaradır. İlk VVER reaktorları 1977-ci ildə istismara verilib və onların texniki baxımı üçün xüsusi bilik və ehtiyat hissələri tələb olunur. Bu da Aİ-nin Rusiyadan tam ayrılma planlarını daha da çətinləşdirir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyun 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri