Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Ermənistanın Azərbaycanla rəqabət aparmaq üçün hərbi potensialı yoxdur

Fuad Hüseynəliyev: Ermənistanın Azərbaycanla rəqabət aparmaq üçün hərbi potensialı yoxdur

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərb Ermənistanda revanşist əhvali-ruhiyyəni qızışdırmaqla Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına mane olur.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.

"Ermənistanda revanşist əhvali-ruhiyyənin qızışdırılması Azərbaycana heç bir təsir göstərməyəcək. Biz hərbi baxımdan Ermənistandan xeyli güclüyük", - o bildirib.

F.Hüseynəliyev vurğulayıb ki, Azərbaycan Ermənistanın militarizasiyasını nəzərə alaraq dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyə əhəmiyyətli vəsait ayırmağa davam edir.

Onun sözlərinə görə, ABŞ, Fransa və Hindistandan Ermənistana silah tədarükünə baxmayaraq, İrəvan hərbi potensialda Bakı ilə rəqabət apara bilməyəcək.

"Onlar hərbi potensialda Azərbaycana yaxınlaşa belə bilməyəcəklər. Buna görə də Qərbin Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə nail olmaq məsələlərinin həllinə diqqət yetirməsi daha yaxşı olardı", - F.Hüseynəliyev bildirib.

“Report”un direktoru ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yeni administrasiyasının iki ölkə arasında münasibətlərin normallaşmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının olması Ermənistanın üzv olduğu KTMT-nin maraqlarına ziddir.

"Müşahidə missiyası artıq Avropa müşahidəçiləri çərçivəsindən kənara çıxıb. Orada artıq kanadalılar da var. Bu, tədricən Aİ müşahidəçilərinin deyil, NATO-nun missiyasına çevrilir. Burada sual yaranır: bu blokun (KTMT) üzvləri Ermənistanda NATO qüvvələrinin olmasına nə dərəcədə razıdırlar", - F.Hüseynəliyev qeyd edib. O bildirib ki, bu cür maraqların toqquşması regional təhlükəsizliyə töhfə vermir.

F.Hüseynəliyev, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev Rusiya KİV-inə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması üçün şərtləri müəyyən edib - bu, Azərbaycana qarşı ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğvinə kömək etməkdir.

"Prezident vurğulayıb ki, bu qrup faktiki olaraq heç bir şəkildə fəaliyyət göstərmir, lakin onu birtərəfli qaydada ləğv etmək mümkün olmayacaq. Nədənsə Ermənistan hələ də bu addımı atmır, ola bilsin ki, bu, revanşist əhvali-ruhiyyə ilə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bu cür destruktiv mövqenin ölkəsinin inkişafına xidmət etmədiyini nə qədər tez başa düşsə, bir o qədər yaxşı olar", - o vurğulayıb.

F.Hüseynəliyev Ermənistanın hərbi büdcəsini artırmasına toxunaraq vurğulayıb ki, İrəvanın bu vəsaiti silahlanmaya deyil, regional iqtisadi inteqrasiyaya, Bakı ilə İrəvan arasında iqtisadi əlaqələrin yaradılmasına xərcləməsi məqsədəuyğun olardı.

"Bunu Ermənistan hökuməti və xalqı başa düşməlidir. Bu, regionda sülhə nail olmağın düzgün yolu olacaq. Bunun üçün lazımi şəraitin yaranması və ərazi iddialarının olmaması lazımdır. Əvvəldən Azərbaycan irəli getməyə hazır olduğunu bəyan edib. İndi top Ermənistanın tərəfindədir və onlar nə istədiklərinə qərar verməlidirlər", - “Report”un direktoru yekunlaşdırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri