Icma.az
close
up
RU
Fuad Muradov Macarıstandakı Azərbaycan icması ilə görüşdü Fotolar

Fuad Muradov Macarıstandakı Azərbaycan icması ilə görüşdü Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərin keçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporun inkişafına ciddi təkan verib. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstanda yaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişaf konsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsipləri müzakirə olunub.

“Qafqazinfo” xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən, Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin müasir dövrün tələblərini özündə ehtiva etdiyini və dünya azərbaycanlılarının birləşməsini daha da sürətləndirdiyini diqqətə çatdıran sədr komitənin layihələri barədə məlumat verib.

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə diasporun fəaliyyətini yüksək qiymətləndirib, icmalaşma prosesinin sürətləndiyini ifadə edib.

Budapeştdə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabat çıxışı edib, evin icma daxilində və icma ilə yerli cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən danışıb, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

İcma üzvləri Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ictimai-siyasi istiqamətlərdə uğurlar qazandığını bildirib, beyin axını və beyinqazanma mövzularına toxunub, perspektivə dair təkliflər veriblər.

İcma görüşündə soydaşlarımızla yanaşı, Azərbaycan Evindəki həftəsonu məktəbində dilimizi öyrənən macarlar da iştirak edib.

Tədbirdə soydaşlarımıza təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycanın medalı təqdim edilib.

Görüş diaspor üzvlərinin ifalarından ibarət bədii hissə ilə yekunlaşıb.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri