Icma.az
close
up
RU
Fuad Muradov Düsseldorfda Azərbaycan icması ilə görüşdü FOTOLAR

Fuad Muradov Düsseldorfda Azərbaycan icması ilə görüşdü FOTOLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icması ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını təşkilatın işi barədə məlumatlandırıb, Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu bildirib. 

Komitə sədri soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkür edib. O, komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yeni səviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb. 

Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin  danılmaz olduğu və xaricdəki soydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyi vurğulanıb. 

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü̈, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu Səbinə Məmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi istiqamətində aparılan işlərdən danışıb, diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib. 
Daha sonra ölkəmizin Qarabağda qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş̧ olunub və alqışlarla qarşılanıb. 

Görüşdə soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlı təkliflər səsləndirilib, perspektivlər geniş müzakirə olunub.
Tədbir bədii hissə ilə davam edib. Skripkaçılar Fərhad Qarayusifli, Anne-Heloise Gevers, Almaniyada yaşayan bəstəkar, müğənni və multiinstrumentalist  Seyran İsmayılxanov, İtaliyada yaşayan opera ifaçısı, mezzo-soprano Çinarə Şirinova, pianoçu Səbinə Məmmədova, Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabirin ifaları və digər zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Qeyd edək ki, icma görüşünə Almaniyanın 25-dən çox şəhərindən 200-dən artıq soydaşımız qatılıb.       

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Mart 2025 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri