Icma.az
close
up
RU
Fuat Oktay: Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır AZƏRTAC

Fuat Oktay: Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 dekabr, AZƏRTAC

Qardaş və dost ölkə olan Azərbaycana səfər etməkdən məmnunluq duyuram. Azərbaycan və Türkiyə arasındakı münasibətlər xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır və milli maraqlar çərçivəsində qiymətləndirilir. Bu münasibətlərin güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı səsləndirib.

F.Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə də əlamətdardır: “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentdə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

“Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir”, - deyə Fuat Oktay əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri