Fuat Oktay: Türkiyə Rusiya və Ukraynanın mövqelərini yaxınlaşdırmağa çalışır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 6 iyun, AZƏRTAC
Türkiyə Rusiya və Ukraynanın müəyyən mərhələdə sammitlə bağlı razılığa gələcəyinə ümid edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Fuat Oktay “CNN Türk” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Moskva və Kiyev bu gün müharibənin dayandırılması təşəbbüsünə fərqli yanaşmalara malikdirlər. Ankara isə münaqişə tərəflərinin mövqelərindəki ziddiyyətləri mümkün qədər minimuma endirməyə çalışır.
İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının iki raundunu xatırladan F.Oktay deyib: “Ümid edirik ki, ümumi dil tapa biləcəyik”.
Parlament komissiyasının rəhbəri qeyd edib ki, Rusiya və Ukrayna Türkiyənin, onun lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyinə inanır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















