Fuat Oktay: Qarabağ savaşı nəticəsində əldə edilən fürsət bölgənin inkişafı üçün bir şansdır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki öz qardaş arasında əməkdaşlıq kimidir. XXI əsrdə də tarix yazmağa davam edirik.
APA xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay deyib.
O bildirib ki, ölkələrimiz arasındakı əlaqələr həm bölgənin inkişafına, həm də qlobal inkişafa töhfə verməkdədir: “Dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi olmaqdayıq. Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”.
Fuat Oktay Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb: “Bizlər Ağdaşı İzmirdən, Laçını Ankaradan ayrı görmürük. Bəxtiyar Vahabzadənin də dediyi kimi, bizlər eyni ananın iki oğlu, eyni ağacın iki budağıyıq. Bayraqlarımız, vətənlərimiz, dövlətlərimiz, parlamerntlərimiz daim olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















