“Funksional əvəzli fenollar: bioloji fəallığı və tətbiq sahələri” monoqrafiyası çapdan çıxıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Polifunksional monomerlər və oliqomerlər laboratoriyasının müdiri professor Çingiz Rəsulov və aparıcı elmi işçisi Gülşən Həsənova tərəfindən yazılmış “Funksional əvəzli fenollar: bioloji fəallığı və tətbiq sahələri” adlı monoqrafiya çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada fenol birləşmələrinin, xüsusilə fenolların, onların alkilləşdirilmiş əvəzedicilərinin, həmçinin çoxsaylı fenol birləşmələrinin, məsələn, fenol turşularının, polifenolların, flavonoidlərin bioloji fəallığının öyrənilməsi sahəsində aparılmış elmi tədqiqatların nəticələri əksini tapıb.
Monoqrafiya neft-kimya sintezi sahəsində çalışan geniş spektrli elmi tədqiqatlara malik mütəxəssislər, o cümlədən doktorantlar, dissertantlar və magistrantlar üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 04 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















