Icma.az
close
up
RU
“Futbolçular da ayyarım gözlədi, mən onlara səs atdım ki, təklif varsa, gedin”

“Futbolçular da ayyarım gözlədi, mən onlara səs atdım ki, təklif varsa, gedin”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan futbolunda yeni dəb yaranıb. “Şirvan”ın ardından “Şahdağ Qusar” da ötən şənbə bütün futbolçularla yolları ayırdığını açıqladı. 2-ci liqanın son çempionu “instaqram” hesabında bəyanat yaydı, bütün futbolçularına çıxışına görə təşəkkür etdi, karyeralarında uğurlar arzuladı. Bir sözlə, romantika dalğasında bir ayrılıq aktı gerçəkləşdi.

Ötən həftələrdə komandanın kapitanı Rahid Əmirquliyevlə əlaqə saxladıqda özünə də başqa klublardan təklif olduğunu, hələ ki rəhbərliyin qərarını gözlədiyini demişdi. Artıq Rahid də gedənlər sırasındadı. Bir daha onunla əlaqə saxladıq:

“Mən hələ klubdan ayrılmamışam, rəhbərlikdən cavab gözləyirəm, görək nə deyəcəklər. Ümid edirəm ki, “Şahdağ Qusar” 1-ci liqada çıxış edəcək. Özüm bu komandada oynamaq istəyirəm, təkliflər olsa da, yenə də öncəliyim “Şahdağ Qusar”dı. Klubun bütün futbolçularla yollarını ayırması normal haldı. Hamı ilə müqavilə müddəti başa çatıb. Bizə də xoş deyil bu hal. Bütün komandalar komplektləşib, məşqlərə başlayıb, biz hələ hansı futbolçularla oynayacağımızı bilmirik”.

Komandanın baş məşqçisi Elnur Abdullayevlə də danışdıq:

“Mən də, Rahid də iki aydı gözləyirik. Hər dəfə bu gün-sabah deyirlər. Amma bu həftə yekun qərar veriləcək, inanıram. Yəqin ki, komanda dağılmayacaq, AFFA-nın ayırdığı büdcə var. Amma yalan danışa bilmərəm, çempionluq çətin məsələ olacaq. Yeni sponsor axtarılır, bu barədə danışıqlar gedir. Futbolçularla da müqavilələrə xitam verilib. Daha doğrusu, müqavilə yenilənmədi. Mənə büdcə demədilər deyə, uşaqlarla müqavilə müddətini uzada bilmədim. Futbolun İnkişaf Fonduna da minnətdarlığımı bildirirəm. Canla-başla çalışırlar, sponsor axtarırlar. Məşqçiyə sıfırdan komanda yığmaq çox çətindi. Komandada qalsam, sıfırdan komanda yığacam. Bu, əlbəttə, çətindi, amma nə etmək olar? Futbolçular da ayyarım gözlədi, mən onlara səs atdım ki, təklif varsa, gedin. Böyük hissəsi artıq razılaşıb başqa klublarla. İstəmirik ki, bu klub məhv olsun, dağılsın. Yaxşı azarkeşləri var, premyer-liqa görməyə layiqdilər”.

Bəs Futbolun İnkişaf Fondu Qusar klubunun taleyi ilə bağlı nə düşünür? Bunun üçün hansısa addımlar atılacaqmı? Sualı qurumun icraçı direktoru Tural Piriyevə ünvanladıq:

“Şahdağ Qusar”ın məsələsindən xəbərdarıq və yaxından məşğuluq. Hazırda görüşlərimiz davam edir. Komandanın dağılması müzakirə mövzusu deyil. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 İyul 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri