“İnanıram ki, bizim futbolçular da belə arzulu olacaqlar”
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının XVII turunun "Neftçi" – "Zirə" oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:
– Olduğumuz yerdən yuxarı qalxmaq istəyirik. Bəlkə də, bunun yaratdığı təzyiq futbolçuları daha aqressiv edir. İkinci hissədə dəyişikliklər etdik. Birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idi, fasilədən sonra dəyişdik. Oyunçularım çox çalışdılar. Nəticədən çox məyus olublar. Qarşıda görəcəyimiz işlər çoxdur. 16 oyun var, daha çox işləyə bilərik ki, qələbələr qazanaq.
– Elvin Bədəlov hər iki hissədə çox irəli çıxırdı. Bu, sizin tapşırığınız idi?
– Bizdə belə qayda var ki, müdafiəçilərimiz top qəbul edirlərsə, topla da irəliləməlidirlər. Bu gün bütün dünya komandaları belə oynayır.
– Demək olar ki, özünüzçün artıq bir heyət formalaşdırmısınız?
– Toplanışda da bəzən heyəti dəyişirdik. Son yoxlama oyununda bugünkü heyəti seçmişdik. 22 oyunçumuz var və hamısının oynamasına şərait yaradacağıq. Futbolçuların oyun praktikası tam olmadığı üçün tələb olunan səviyyədə də futbol göstərə bilməzlər.
– Toplanışda Emil Balayev şans qazanırdı. Lakin bu gün start heyətdə Kenan Piriç oldu…
– Vaxt gələndə Balayev də, Rza da şans qazanacaq. Piriç bu gün mənim seçimim idi və qol buraxmadığı üçün düşünürəm ki, düzgün seçim etmişəm.
– "Neftçi"nin ehtiyat heyəti də start heyəti kimidir. Karyeranız ərzində ən yaxşı heyətin bu olduğunu demək olar?
– 22 oyunçu var və hamısı da oynamaq istəyir. Yoxlama oyunlarında basqı az olur və futbolçular daha gözəl oyun göstərir. Bu heyət "Krivbass"dakından daha yaxşıdır. Amma orda da fərqli müsbətlər var idi. Onlar da ancaq qələbə arzulayırdılar və yekunda bürünc medal qazandılar. İnanıram ki, bizim futbolçular da belə arzulu olacaqlar. Başlanğıc üçün mükafatlar üçün ac olmalıdır. Necə olacaq, həyat göstərəcək.
– "Neftçi" ilə uğur qazanacağınıza inamınız nə qədərdir?
– İnanmasaydım, burda olmazdım.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Yanvar 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















