Icma.az
close
up
RU
Futbolçularıma bir kəlmə dedim ki, İslandiya ilə oyunu çox vacib edə bilərik Ayxan Abbasov

Futbolçularıma bir kəlmə dedim ki, İslandiya ilə oyunu çox vacib edə bilərik Ayxan Abbasov

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna millisi ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Sabah bizi yenə gərgin oyun gözləyir. İlk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı da çətindir. Üç günlük pauza var. Futbolçularımızda yorğunçuluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Ukrayna da bilirik ki, bu förüşə final kimi yanışır. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukrayna bizimlə heç-heçə etdikdən sonra bizə yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər biz gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

- Sabahkı oyun üçün strategiya və taktika başqa cür olacaq? Yoxsa, əks-hücum oynayacaqsız?

- Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı da önəmlidir. Çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq. Mübarizə aparacağıq.

- Ukrayna millisinin hansı zəif və güclü tərəfləri var? Hansı oyunçusundan ehtiyatlanırsız?

- Ukrayna millisində güclü, fərdi keyfiyyətə malik oyunçular var. Son matçda da bunu göstərdi. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, PSJ-də oynayır. Bu da komandanın ustalığından söz etdirir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. İlk oyunda oynamışıq deyə, Ukraynanı daha yaxından tanıyırıq.

- Sabah 23-lükdən kənarda kimlər olacaq? Səbəbi nədir?

- Bəli, oyunçular bəllidir. Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idi. İsmayıl Fransadakı məşqdə yüngül zədələndi, Ceyhun xəstədir, Renat Dadaşov da tam hazır olmadığına görə 23-lükdən kənar qalacaqlar.

- Elvin Cəfərquliyev bayaq bildirdi ki, sabahkı nəticə turnir cədvəlindəki mövqeyimizə təsir edəcək. Mental olaraq, komandaya qələbə ruhunu aşılaya bilmisiz?

- Biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda demirik ki, oyunu udmaq istəmirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, futbolçular bunu anlayır. Yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq.

- Sergey Rebrov Bakıdakı oyundan danışarkən, müxtəlif bəhanələrlə qazandığınız bir xala kölgə salmağa çalışıb...

- Bizim ilk oyunumuz idi. Rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Ola bilər ki, Avropadakı meydançalarla müqayisədə bir az ağır idi. Amma məncə, oyun bir xalı haqq edirdi. Çünki fubtolçularımız mübarizə apardı. Ukrayna bizdən üstün idi, qol epizodları barəsində. Amma bu oyunda bir xalı haqq edirdik.

- Yayılan məlumatlara görə, baqajlar gec gəlib. Bu, planlarınıza necə təsir etdi?

- Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə gecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdi. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır.

- Sergey Rebrov deyib ki, bizə xal Azərbaycandan daha çox lazımdır. Cavabını verək?

- Futbolçularıma bir kəlmə dedim. Bildirdim ki, biz İslandiya ilə oyunu çox vacib edə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. Çox istəyərdim ki, İslandiya matçını Bakıda çox vacibə çevirək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Oktyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri